thumb|250px|Postmodern üslubda hazırlanmış tamaşadan bir səhnə

Postmodern teatr və ya Teatrda postmodernizm — postmodernizm fəlsəfəsinin teatr sənətinə tətbiqi və təzahürüd. Teatrda postmodernizmin başlanğıcı adətən 1960-cı illər hesab olunur.

Teatr postmodernizmi incəsənətin digər növlərindəki postmodernizmlə eyni elementlərdən — dekonstruksiya, ironiya, müəllifin ölümü və sitat gətirmə — istifadə edir, lakin onları fərqli şəkildə tətbiq edir. Ədəbiyyatda mətnin dərk edilməsində müəllifin şəxsiyyətini istisna etmək üçün istifadə olunan "müəllifin ölümü" konsepsiyası teatrda başqa forma alır: mətni oxucu deyil, rejissor interpretasiya edir. Bunu təsdiq edən tədqiqatçılar XX–XXI əsrlərin qovşağında rejissorun rolunun kəskin şəkildə artmasını və ədəbi ilkin mənbə (pyes) ilə rejissor arasında yaranan münaqişəni xüsusi qeyd edirlər.

Postmodernist teatr üçün kütləvilikdən uzaqlaşıb elitarlığa meyil etmək xarakterikdir ki, bu da üslubun dominant xüsusiyyətlərinin kütləvi tamaşaçının tələblərinə müvafiq gəlməməsi ilə əlaqədardır. Postmodernist teatr kiçik, improvizə edilmiş məkanlara çəkilir, tamaşa özü isə instalyasiyaya çevrilir. Postmodernist teatrın digər ümumi xüsusiyyəti XX və XXI əsrlərdə texnologiyaların sürətli inkişafına canlı reaksiya verməsidir; bu texnologiyalar səhnədə rekvizit, replika və obrazlar şəklində öz yerini tapır.

Teatrda postmodernizmin tanınmış nümayəndələrinə aşağıdakılar daxildir:

Anatoli Vasilyev Vladimir Mirzoyev Eymuntas Nyakroşyus Andrey Joldak Vladimir Klimenko

Teatrda postmodernizmin inkişafının növbəti mərhələsi postpostmodernizm hesab olunur.

İstinadlar

Xarici keçidlər

Forced Entertainment http://www.forcedentertainment.com Fuerza Bruta http://www.fuerzabruta.net/ Reckless Sleepers http://www.reckless-sleepers.eu

Kateqoriya:Postmodern əsərlər Kateqoriya:Postmodern teatr Kateqoriya:Postmodernizm Kateqoriya:Teatr janrları Kateqoriya:Postmodern incəsənət Kateqoriya:Müasir incəsənət Kateqoriya:Postmodern pyeslər