Witch Hat Atelier, Yaponiyada tanınan adı ilə – Kamome Şirahama tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2016-cı ilin iyulundan "Kodansha" nəşriyyatının "Morning Two" jurnalında serializasiya olunur. 2025-ci ilin noyabrına qədər 16 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr cadugərlərin sehrlə məşğul olduğu bir dünyada cərəyan edir. Koko adlı qız bir gün cadugər olmaq arzusunda olsa da, sehr gücünə malik deyil. Bir gün yanlışlıqla bir sehrdən istifadə edərək anasını daşa çevirir və həm arzusunu gerçəkləşdirmək, həm də anasını xilas etmək üçün bir cadugərin şagirdi olur.
"Bug Films" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2026-cı ilin aprelindən iyununa qədər yayımlamış, ikinci mövsümü anons edilmişdir. "Witch Hat Atelier Kitchen" adlı spin-off manqa seriyası 2019-cu ilin noyabrında serializasiya olunmağa başlamışdır. Manqa seriyası bir çox mükafatlara layiq görülmüşdür. İki dəfə Harvi Mükafatının və bir dəfə Aysner Mükafatının qalibi olmuşdur.
Məzmun Hadisələr cadugərlərin sehrlə məşğul olduğu bir dünyada cərəyan edir. Cadugərlər müxtəlif dizayn və təsvirlərdən istifadə edərək sehrlərdən istifadə edirlər. Sehr keçmişdə bir çox münaqişə və müharibəyə səbəb olduğu üçün Razılıq Günü adlı hadisədən sonra sadəcə müəyyən şəxslərin sehrlə məşğul olmasına icazə verilmiş və insan bədəninə tətbiq olunan sehrlər qadağan olunmuşdur. Koko adlı qız bir gün cadugər olmaq arzusunda olsa da, o, sehrlə məşğul olmayan təbəqədəndir. Bir gün yanlışlıqla bir sehrdən istifadə edərək anasını daşa çevirir və həm arzusunu gerçəkləşdirmək, həm də anasını xilas etmək üçün Kifri adlı cadugərin şagirdi olur. Koko tezliklə özünü qadağan olunmuş sehrdən istifadəni dəstəkləyən cadugər qrupu olan Qıraqpapaqlıların hədəfinə çevrilir.
Personajlar Kifrinin atelyesi
Bir gün cadugər olmağı arzulayan optimist qız. Balaca olanda sirli bir cadugərdən aldığı bir sehr kitabından istifadə edərək yanlışlıqla anasını daşa çevrir. Kifri onun yaddaşını silmək yerinə şagirdi kimi qəbul edir və atelyesinə gətirir.
Kokonu şagirdi kimi qəbul edən sakit və qayğıkeş professor cadugər. Su sehrində ixtisaslaşıb.
Kifrinin cadugər şagirdlərindən biridir. Sərt şəxsiyyətə malikdir. Kokonun otaq yoldaşıdır və onun cadugər şagirdi olmasına birmənalı yanaşmır. Kitab qülləsində xidmət edən ailənin nəslindən gəlir.
Kifrinin cadugər şagirdlərindən biri. Şən şəxsiyyətə malikdir və hamını xoşbəxt edəcək sehrlər yaratmaq arzusundadır.
Kifrinin cadugər şagirdlərindən biri. Sakit şəxsiyyətə malikdir. Kristallardan lent hazırlamaq sehrindən istifadə edə bilir.
Cadugərlər Assambleyasınin atelyedəki nəzarətçisi olan cadugər.
Kokonun şagirdlik sınağı zamanı qarşılaşdığı və o gündən etibardən Koko ilə yaşayan tırtılaoxşar canlı. Fırçaböcəklər sehrli mürəkkəblərin qoxusunu xoşlayırlar.
Qıraqpapaqlı cadugərlər Qıraqpapaqlı cadugərlər Razılıq gününü qəbul etməyən və qadağan olunmuş sehrdən istifadəni dəstəkləyən üsyançı cadugərlər qruplaşmasıdır.
Qıraqpapalıq cadugərlərdə yüksək rütbəli şəxslərdən biri. O, Kokoyu sehrlə tanış edən və cadugər olmasını istəyən, ona gizlicə dəstək olan cadugərdir.
Öz bədənini gizlədən Qıraqpapalı cadugər.
Cadugərlər Assambleyası
Tünddərili cadugər. Kifrinin ən yaxın dostlarından biri. Cadugərlər namizədlərinin ikinci sınağında nəzarətçi kimi iştirak edir. İllüziya sehri ilə heyvanların cildinə girə bilir.
Məsuliyyətsizliyi ilə tanınan cadugər, Yuininin keçmiş müəllimi.
Riçenin böyük qardaşı. Riçenin müəllimi onları ayırdığı üçün uzun müddət görüşə bilməyiblər.
Sehr cəngavərləri Sehr cəngavərləri Razılıq gününün qaydalarına riayət etməyənləri cəzalandıran, qadağan olunmuş sehrlərə qarşı mübarizə aparan cadugərlər təşkilatıdır.
Sehr cəngavərlərinin başçısı. Qanunlara ciddi əməl etməsi ilə tanınır.
Sehr cəngavərlərindən biri.
Sehr cəngavərlərindən biri.
Sehr cəngavərlərindən biri.
Digər personajlar Kokonun anası
Kokonun mehriban anası. Dərziliklə məşğul olur, Kokonun sehrlə məşğul olmasını istəmir. Koko yanlışlıqla onu daşa çevirir.
Kaln şəhərində sehrli əşyaların hazırlanması və satışı ilə məşğul olan dükkanın sahibi olan qoca.
Nolnoanın nəvəsi və onun dükkandakı köməkçisi. Gözündə gümüş pərdə olduğu üçün bütün rəngləri gümüşün çalarlarında görür.
Özünəinamı olmayan cadugər namizədlərindən biri, Kukrovun keçmiş şagirdi.
Karvanla səyahət edən ozan, Kustasın atası. Kustası xilas etmək üçün Kifrinin atelyesindən kömək istəyir.
Daqdanın oğlu, Koko və Aqottun onu xilas etməyə çalışdığı bir qəzada ayaqlarını itirmişdir.
Media Manqa
"Witch Hat Atelier" manqası Kamome Şirahama tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 22 iyul 2016-cı ildə "Kodansha" nəşriyyatının "Morning Two" jurnalında serializasiya olunmağa başlamışdır. Jurnal 4 avqust 2022-ci ildə rəqəmsal formata keçmiş və manqa bu formatda serializasiyaya keçmişdir. Birinci tankobon cildi 23 yanvar 2017-ci ildə buraxılmışdır. 23 aprel 2026-ci ilə qədər 16 tankobon cildi buraxılmışdır.
Hiromi Sato tərəfindən yazılan "Witch Hat Atelier Kitchen" adlı spin-off manqa seriyası 22 noyabr 2019-cu ildə "Morning Two" jurnalında serializasiya olunmağa başlamışdır.
Anime 2022-ci ilin aprelində manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "Bug Films" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Ayumu Vatanabe, köməkçi rejissoru Cun Şirohana, prodüseri Hiroaki Kocima, ssenaristi Hiroşi Seko, personaj dizayneri Kayri Unabara və bəstəkarı Yuka Kitamuradır. Anime serialının 2025-ci ildə buraxılması planlaşdırılsa da, 2026-cı ilə ertələnmişdir. Anime serialı 2026-cı ilin 6 aprelindən 22 iyununa qədər yayımlanmışdır. Açılış mahnısı Eve və "Yorushika" qrupunun üzvü Suis tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı Nakamura Hak tərəfindən ifa olunan mahnısı, ikinci bağlanış mahnısı eyni sənətçi tərəfindən ifa olunan mahnısı və üçüncü bağlanış mahnısı yenə eyni sənətçi tərəfindən ifa olunan mahnısıdır. Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır.
2026-cı ilin iyununda ikinci mövsüm anons edilmişdir. İkinci mövsüm də "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır.
Seriya siyahısı Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Animasiya rejissoru Yayım tarixi
Digər Cun Esaka tərəfindən yazılmış adlı roman "Kodansha" nəşriyyatı tərəfindən 21 noyabr 2025-ci ildə buraxılmışdır.
Qəbul Manqa seriyası 2018-ci ildə Manqa Tayşo Mükafatına namizəd göstərilmişdir. 2020 və 2025-ci illərdə "Ən yaxşı manqaqaya görə" Harvi Mükafatının qalibi olmuşdur. 2020-ci ildə Aysner Mükafatına layiq görülmüşdür.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2026-cı ilin anime serialları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Bug Films Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Kodansha manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Cadugərlik haqqında anime və manqalar