Burbonlu Kristina Mariya (; ) — Fransa kralı IV Henrinin qızı, Savoyya hersoginyası.

10 fevral 1606-cı ildə Parisdəki Luvr sarayında dünyaya gəldi. Atası Fransa kralı IV Henri, anası isə onun ikinci xanımı və Böyük Toskana hersoqu I Françesko Mediçinin qızı Mariya Mediçidir. Hələ 4 yaşında ikən atası vəfat etdi və böyük qardaşı XIII Lüdovik taxta çıxdı. Böyük bacısı Madam İzabellanın İspaniya kralı IV Filiplə evləndiyi 1621-ci ildən etibarən sarayda ən yüksək ünvanlı xanım oldu.

10 fevral 1619-cu ildə doğulduğu Luvr sarayında Savoyya hersoqu I Karl Emmanuilin oğlu Pyemont şahzadəsi Viktor Amadeylə evləndi. Ərinin taxta çıxdığı 1630-cu ilədək Pyemont şahzadəsi ünvanını daşıdı. Yeni köçdüyü Turin sarayına fransız mədəniyyətini tanıtdı. Cütlüyün bu nigahdan yetkinlik yaşına çatan 4 övladı doğuldu.

Ölü doğulan oğlan uşağı (1621) Lüdovik Amadey (1622-1628) Luiza Kristina (1629-1692) Fransisk II Karl Emmanuil Marqarita Yolanda, Parma hersoginyası Henretta Adelayd, Bavariya kürfürstü Yekaterina Beatris (1636-1637)

Qaynatasının 26 iyul 1630-cu ildə ölümündən sonra əri I Viktor Amadey taxta çıxdı və Kristina Mariya Savoyya hersoginyası ünvanı aldı. Ancaq ərinin səltənəti qısa oldu. 1637-ci ildə onun ani ölümüylə böyük oğlu olan 5 yaşlı Fransisk taxta çıxarıldı. Oğlunun taxt naibəsi olaraq vəzifələndirilən Kristina Mariya ertəsi il oğlunun qızdırmalı xəstəlikdən vəfat etməsiylə yas saxladı. Taxt isə digər oğlu Karl Emmanuilə qaldı. Kristina Mariya isə taxt naibəliyini qorudu. Ərinin mənsub olduğu Savoyya ailəsi isə Kristina Mariya və fransızların hakimiyyətdə söz sahibi olmasından narazı idi. Beləcə, başlayan vətəndaş müharibəsi 4 il davam etdi və qardaşı XIII Lüdovikin hərbi dəstəyilə Kristina Mariya qələbə qazandı. Rəsmi naibəlik dövrü 1648-ci ilədək davam etsə də, sonrakı illərdə oğlunun ən yaxın sirdaşı və məsləhətçisi oldu.

27 dekabr 1663-cü ildə Turindəki Madama Palazzo sarayında vəfat etdi.

Mənbə

Ədəbiyyat

Oresko, Robert (2004). "Maria Giovanna Battista of Savoy-Nemours (1644–1724): daughter, consort, and Regent of Savoy". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 16–55. ISBN 0-521-81422-7 Parrott, David (1997). "The Mantuan Succession, 1627–31: A Sovereignty Dispute in Early Modern Europe". The English Historical Review. CXII, Issue 445, February (445). Oxford Academic: 20–65

İstinadlar