Oleq Alekseyeviç Mudrak (; ) — Rusiya linqvisti, filologiya elmləri doktoru, Altay və paleoasiya linqvistikası sahəsindəki əsərlərin müəllifi. O, Sibir, Uzaq Şərq və Şimali Amerika xalqlarının müqayisəli-tarixi dilçiliyi üzrə mütəxəssisdir. 1995-ci ildən Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) Şərq Mədəniyyətləri İnstitutunun Komparativistika Mərkəzinin aparıcı elmi işçisi və RDHU-nun professorudur. O, Moskva komparativistika məktəbinin nümayəndəsi hesab olunur.
Həyatı Oleq Mudrak 1983-cü ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin Nəzəri və tətbiqi dilçilik şöbəsini bitirmişdir. Onun 1994-cü ildə müdafiə etdiyi "Təcrid olunmuş dil və protodil bərpası problemi (Tarixi fonetika, morfonologiya və interpretasiya)" mövzusundakı doktorluq dissertasiyası çuvaş dilinin türk dilləri arasındakı mövqeyinə həsr olunmuşdur. O, 2003-cü ildə nəşr edilmiş fundamental "Altay dillərinin etimoloji lüğəti"nin müəlliflərindən biridir. Eyni zamanda, 1995-ci ildə "Yeqor i bombometateli" layihəsinin "Mudrak" mahnılar silsiləsi üçün əsas götürülmüş şeirlərin müəllifidir.Русский рок. Малая энциклопедия, 1996, ЕГОР И БОМБОМЕТАТЕЛИ
İstinadlar
Xarici keçidlər Лекция «История языков» (2005) Лекция «Язык во времени» (2009) «Лингвистическая экспедиция — 2009»
Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:SSRİ dilçiləri