Burbonlu Lüdovik (; ) — Fransa kralı XV Lüdovikin oğlu, Fransa dofeni.
4 sentyabr 1729-cu ildə Versal sarayında dünyaya gəldi. Atası Fransa kralı XV Lüdovik, anası isə Reç Pospolita kralı Stanislav Leşşinskinin qızı Mariya Leşşinskidir. İlk evliliyi 23 fevral 1745-ci ildə Versalda İspaniya infantası Mariya Tereza Rafaella ilə baş tutdu. Ancaq xanımı 2 il sonra doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağı isə 2 yaşında vəfat etdi.
İkinci evliliyi isə 9 fevral 1747-ci ildə Reç Pospolita kralı III Avqustun qızı Mariya Jozefina ilə baş tutdu. Cütlüyün yetkinlik yaşına çatan 5 övladı doğuldu.
Ölü doğulan bir oğlan uşağı (30 yanvar 1748) Ölü doğulan bir oğlan uşağı (10 may 1749) Mariya Zefirin (1750-1755) Lüdovik Jozef Xavier (1751-1761) Ölü doğulan bir qız uşağı (9 mart 1752) Xavier Mariya Jozef (1753-1754) XVI Lüdovik XVIII Lüdovik Ölü doğulan bir oğlan uşağı (1756) X Karl Mariya Klotild (1759-1802) Ölü doğulan bir oğlan uşağı (1792) Yelizaveta (1764-1794)
Atası tərəfindən dövlət işlərindən uzaq tutuldu. 1765-ci ildə gənc yaşda vərəm xəstəliyi səbəbilə vəfat etdi. Özü taxta çıxa bilməsə də, övladlarından üçü (XVI Lüdovik, XVIII Lüdovik və X Karl) taxta çıxdı.
Mənbə
Ədəbiyyat
İstinadlar