Elis Vinokur (, ) — fransız ssenarist və kinorejissor.

Bioqrafiyası

Vinokur Parisdə yəhudi ailəsində anadan olmuşdur. La Fémis kino məktəbində ssenari ustalığı üzrə təhsil aldıqdan sonra o, üç qısametrajlı film çəkmiş və Vladimir Perişiçin 2009-cu ildə nümayiş olunmuş "Sıravi insanlar" () filminin ssenarisini yazmışdır.Stéphane Delorme, Possession, entretien avec Alice Winocour, Cahiers du cinéma, n° 683, novembre 2012, p. 29

Vinokurun ilk tammetrajlı filmi olan "Avqustina" () professor Şarko və onun pasiyenti Avqustina arasındakı münasibətlərə əsaslanır. Film 2012-ci ildə Kann kinofestivalının "Tənqidçilər həftəsi" bölməsində təqdim edilmişdir. Onun ikinci rejissor işi olan "Mühafizəçi" () filmi 2015 Kann Kinofestivalının "Müəyyən baxış" proqramına seçilmişdir.

Vinokur həmçinin Dəniz Qəmzə Ərgüvənlə birlikdə "Mustanq" filminin ssenari müəllifi olmuşdur. Film 2015-ci ildə Kann kinofestivalının "Rejissorların ikihəftəliyi" proqramı çərçivəsində nümayiş olunmuşdur. Bu ekran əsəri 88-ci Oskar mükafatı mərasimində Fransa tərəfindən "Ən yaxşı xarici dilli film" nominasiyasına namizəd göstərilmişdir.

O, 2016-cı il Kann kinofestivalının "Tənqidçilər həftəsi" bölməsinin münsiflər heyətinə daxil edilmişdir.

Rejissorun "Proksima" () filminin premyerası 2019-cu ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuş və "Platforma" mükafatı münsiflərinin fəxri qeydinə layiq görülmüşdür.Jordan Mintzer, «'Proxima': Film Review | TIFF 2019» . The Hollywood Reporter, September 6, 2019.«The film Martin Eden wins TIFF’s Platform Prize» . Toronto Star, September 13, 2019.

Filmoqrafiyası

İl Filmin adı (azərbaycanca) Orijinal adı Rol 2005 Mətbəx Kitchen Rejissor (qısametrajlı) 2009 Sıravi insanlar Ordinary People Ssenarist 2012 Avqustina Augustine Rejissor, ssenarist 2015 İntizamın pozulması Maryland Rejissor, ssenarist 2015 Mustanq Mustang Ssenarist 2019 Proksima Proxima Rejissor, ssenarist 2022 Paris xatirələri Revoir Paris Rejissor, ssenarist

İstinadlar

Kateqoriya:Fransa rejissorları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:Fransa yəhudiləri