Ağdaban — Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonu ərazisində mövcud olmuş kənd. Tarixi baxımdan yaşayış məntəqəsi Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil idi. Kənd Bazarçayın sağ sahilində yerləşirdi.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Ağdaban kəndi çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının inzibati ərazisinə daxil olmuşdur. Yaşayış məntəqəsi indiki Ermənistan Respublikasının Sisyan rayonu ərazisində, Bazarçayın sağ sahilində yerləşirdi.Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. səh.168

Etimologiyası Toponim mürəkkəb quruluşa malikdir və iki komponentdən ibarətdir: ağ və daban.

ağ — qədim türk dillərində "uca", "yüksək", "hündür" mənasını bildirir;

daban — "dağ aşırımı", "təpə", "aşırım" mənasında işlənir.

Obyektin coğrafi görünüşünə uyğun olaraq belə adlandırılmışdır.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri