Baqir Seyidi Bünabi (1967-ci il Bünab, Şərqi Azərbaycan vilayəti), Azərbaycan əsilli İran din xadimi və siyasətçisi, İran Mütəxəssislər Məclisinin üzvü. O, 1995-ci ildən Bünab Mədrəsəsində dərs deyir, bununla yanaşı, universitetdə fiqh, din prinsipləri, ilahiyyat, fəlsəfə və İslam hüququnun əsaslarını da tədris edib. Bu müddət ərzində yüzlərlə mədrəsə və universitet tezisinin müzakirəsi, istiqamətləndirmə və məsləhətlərlə yanaşı, 14 il Bünab Azad Universitetinin İslam Mədəniyyəti Kafedrasında müəllim işləyib. O, həmçinin Müqəddəs Müdafiə zamanı 8 ay ərzində haqq və batil döyüşlərində iştirak edib.Who is Sayyid Baqir Sayyidi Banabi? سید باقر سیدی بنابی کیست؟ Retrieved 27 September 2025The armed forces must strive in the Jihad of Explanation as they would in the military Jihadنیروهای مسلح باید در جهاد تبیین همچون جهاد نظامی مجاهدت کنند Retrieved 27 September 2025
Həyatı Baqir Seyidi Bünabi 1967-ci ilin fevral ayında Bünab şəhərində doğulub, orta təhsilini doğma şəhərində davam etdirib və 1982-ci ildə Bünabdakı Vali-e-əsr mədrəsəsindaki ilk qəbul zamanı həin Mədrəsəyə daxil olub və 1985-ci ildə birinci pilləni bitirdikdən sonra təhsilini davam etdirmək üçün Quma yola düşüb. Seyid Bünabi Qum mədrəsəsində Vəcdani, Pəyani, Etimadi və Sotudənin rəhbərliyi altında təhsil alıb, sonra Fazil Lənkərani kursunda (2 il), Cavad Təbrizinin fiqh kursunda (6 il) və Cəfər Sübhaninin tam üsul kursunda (7 il) iştirak edib, həmçinin Cavadi Amulinin təfsir və fəlsəfə kurslarından faydalanıb. Seyid 1991-ci ildə İmam Sadiq İnstitutunda İslam ilahiyyatı üzrə ilk ixtisaslaşmış kursa qəbul olub və 4 il ərzində ixtisaslaşmış ilahiyyat kursunu başa vurub. O, həmçinin 2003-cü ildə "İslam ilahiyyatında peyğəmbərlərin səhvsizliyi" adlı dissertasiyasını müdafiə etmiş və dördüncü səviyyəli fəlsəfə doktoru dərəcəsi (PhD) almağa müvəffəq olmuşdur.Seyyed Banabi, Seyyed Baqerسیدی بنابی، سید باقر Retrieved 27 September 2025Who is Sayyid Baqir Sayyidi Banabi? سید باقر سیدی بنابی کیست؟ Retrieved 27 September 2025The armed forces must strive in the Jihad of Explanation as they would in the military Jihadنیروهای مسلح باید در جهاد تبیین همچون جهاد نظامی مجاهدت کنند Retrieved 27 September 2025
İstinadlar
Kateqoriya:Yaşayan insanlar