İnfanta Mariya Tereza Braqanza (; ) — Portuqaliya kralı I Miquelin qızı, Avstriya hersoginyası.
24 avqust 1855-ci ildə Bavariya krallığındakı Lövenştayn qəsrində dünyaya gəldi. Atası Portuqaliya kralı I Miqueldir. Atasının qısa səltənətindən sonra ailəsiylə birlikdə sürgünə göndərildi. 23 iyul 1873-cü ildə hersoq Avstriyalı Karl Lüdviqlə evləndi. Cütlüyün bu nigahdan 2 qızı doğuldu.
Mariya Annunsiyata (1876-1961) Yelizaveta Amaliya (1878-1960)
1889-cu ildə oğlu Vəliəhd Rudolfun intiharından sonra saray həyatından uzaqlaşan İmperatriça Yelizavetanın əvəzinə bir çox dövlət tədbirində iştirak etdi. Ancaq onun bu siyasi nüfuzu öz əri hersoq Karl Lüdviqin vəfatıyla sonlandı.
Mənbə
Ədəbiyyat
Hellmut Andics: Die Frauen der Habsburger, ISBN 3-453-07034-8 Gaillou, Eloïse; Post, Jeffrey; "An Examination of the Napoleon Diamond Necklace", Gems and Gemology (Winter 2007), p. 353
İstinadlar