Michelle () — israilli müğənni Noam Bettan tərəfindən ifa olunmuş mahnıdır. Mahnının müəllifləri Bettanın özü ilə yanaşı Tsalil Klifi, Nadav Aharoni və Yuval Rafaeldir; Rafael 2025 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil etmişdir.
“Michelle” mahnısının 2026-cı ildə Avstriyanın Vyana şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil etməsi nəzərdə tutulur.
Avroviziyada
Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına əsasən, iştirak edən bütün ölkələr — ev sahibi ölkə və “Böyük beşlik” qrupuna daxil olan dövlətlər (Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və İspaniya — lakin həmin il İspaniya iştirak etməyəcək) istisna olmaqla — iki yarımfinal mərhələsindən birində iştirak etməli və final mərhələsinə vəsiqə qazanmalıdırlar. Hər yarımfinaldan səsvermənin nəticələrinə görə ən yüksək bal toplamış on ölkə final mərhələsinə yüksəlir.
Yarımfinal mərhələlərinin təşkili məqsədilə Avropa Yayım İttifaqı (EBU) iştirakçı ölkələri tarixi səsvermə nümunələrinə və ortaq geosiyasi əlaqələrə əsaslanaraq beş ayrı qrupa bölür. Bu sistem mümkün səsvermə koordinasiyalarının müsabiqənin nəticələrinə təsirini azaltmaq məqsədi daşıyır.
İsrail isə 12 may tarixində keçiriləcək birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
İstinadlar
Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İsrailin Avroviziya mahnıları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:Çoxdilli mahnılar Kateqoriya:İvrit dilində mahnılar Kateqoriya:Fransız dilində mahnılar Kateqoriya:İngilis dilində mahnılar