Fortnite Battle Royale — "Epic Games"in 2017-ci ildə hazırladığı döyüş royalı videooyunu. Ümumi "Fortnite" platformasının bir hissəsi olan bu oyunda 100-ə qədər oyunçu sonuncu sağ qalan olmaq uğrunda mübarizə aparır. Hər matç oyunçuların böyük bir ada xəritəsinə atılması ilə başlayır. Oyunçular müxtəlif nöqtələrdən silah, əşya və resurslar toplayaraq həm rəqiblərdən, həm də getdikcə daralan təhlükəsiz zonadan yan keçməyə çalışırlar. Oyundakı tikinti sistemi sayəsində toplanmış materiallardan, yəni ağac, daş və metaldan müvəqqəti qurğular ucaltmaq mümkündür. Bu qurğulardan həm hərəkət etmək, həm müdafiə qurmaq, həm də döyüşmək üçün istifadə olunur. Oyun üçüncü şəxs perspektivindən oynanılır.
Oyun fəsil və mövsümlər üzrə qurulub. Hər mövsüm özü ilə birlikdə xəritəyə, oynanışa və görünüş məzmununa yeniliklər gətirir. Oyunçular paltar, jest və başqa bəzək əşyaları almaq üçün Vi-Baks () adlı oyundaxili puldаn istifadə edirlər. Mövsümlük "Döyüş vəsiqəsi" () də eyni valyuta ilə alınır və oyunçulara əlavə məzmunla yanaşı, addım-addım açılan mükafatlar təqdim edir. Oyun ilk çıxandan bəri bir çox yeni rejim əlavə edilib. "Sıfır inşaat" () bunların ən məşhurlarından biridir, bu rejimdə tikinti mexanikası tamamilə yoxdur. Bunlardan başqa reytinqli oyun və özünəməxsus qaydaları olan müxtəlif xüsusi formatlar da var. Bəzi rejimlər və yenilənmələr film, seriallar və musiqi layihələri ilə aparılan birgə əməkdaşlıqlar sayəsində meydana çıxır.
"PlayerUnknown's Battlegrounds" ("PUBG") 2017-ci ilin ortalarında oyun dünyasını silkələyəndə "Epic Games" də boş durmur. "Fortnite: Save the World"dan götürülən elementlər əsasında şəkillənən bu rejim əvvəlcə pullu oyunun içində yer almalıydı, lakin qərar dəyişir və o, tamamilə ayrı, pulsuz bir oyun kimi üzə çıxır. Cəmi iki ay ərzində hazırlanıb buraxılan rejim qısa zamanda böyük kütlələri cəlb edir, bunun ardından inkişafını davam etdirmək üçün ayrıca bir komanda ona həsr edilir. Oyun bir müddət sonra konsol və mobil cihazlara da yayılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:iOS videooyunları Kateqoriya:Free-to-play videooyunlar Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Çoxnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox Series X və Series S videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları