Feng (; ) — İngiltərə repçisi və prodüseri. "What the Feng" (2025) adlı debüt miksteypi ilə Böyük Britaniyanın anderqraund rep aləmində özünə yer qazanıb.
Erkən həyatı və fəaliyyəti Fenq həyatının ilk illərini Kroydon bölgəsində (Cənubi London) keçirib. Ailəsindəki iki qardaşının hər ikisi ondan ən azı on yaş böyükdür. O, evangelik xristian inanclıdır. Orta məktəbdə komandanın yarımmüdafiəçisi kimi futbol oynayıb. Musiqiyə keçməzdən əvvəl Pörlidə xilasetməçi işləyib, video montajla məşğul olub və məktəbdən sonrakı bir təcrübə proqramına daxil olub. Bu müddət ərzində "YouTube" kanalı da qurub. Orada "FL Studio" ilə ilk addımlarını və "BandLab"da yaratdığı rep nümunələrini paylaşıb.
2019-cu ildən bəri musiqi sahəsində fəaldır. 2024-cü ilin avqustunda reper kimi ilk sinqlını yayımlayıb. Həmin il "Damn Phone" və eyniadlı müğənniyə ithaf etdiyi "M.I.A." mahnıları da dinləyicilərə çatır. 2025-ci ilin fevralında isə tamamilə özünün prodüserliyini etdiyi "What the Feng" adlı ilk mikseypini təqdim edib. Həmin il "Princess" sinqlı və "Kids from the West" mahnısının klipi ilə üzə çıxır. Çox keçmədən Böyük Britaniyadan yetişən yeraltı rep nəslinin ön sıralarına keçir. Feykmink və YT də bu nəslin içindədir. "The Age" qəzetinin müxbiri Robert Moran qeyd edir ki, 2025-ci ilin sonuna yaxın o və Feykmink Britaniyada yeni musiqinin simvolu kimi qəbul edilməyə başlanır. Bəzi həvəskarlar isə daha da irəli gedərək onu "musiqinin gələcəyi" kimi təqdim edib. 2026-cı il yanvarın 14-də isə maraqlı bir xəbər gəlir: Fenq "Rolling Loud" festivalında ilk dəfə səhnəyə qalxacaq. Florida ştatının Orlando şəhərində baş tutacaq bu çıxış mayın 10-na təsadüf edir.
Fenqin debüt albomu "Weekend Rockstar" 2026-cı il fevralın 13-də, cümə günü çıxıb. Hal-hazırda o, Brikstonda yaşayıb-yaradır.
Musiqi üslubu "Pitchfork"dan Alfons Pyer "What the Feng"dəki trekləri köhnə "Piff Gang"in (kollektiv) solğun havası ilə erkən Mak Millerin gənclik enerjisinin vəhdəti kimi dəyərləndirir. "The Fader"dən İndiya Robi yazır ki, onun musiqisi cerkdən "Skauz rep"ə qədər uzanır, üstəlik indi-pop ilə hip-hopun bir-birinə keçdiyi bir ab-hava da var. "Complex"də isə Antonio Cori trekləri parıldayan sintezatorların hiperaktiv 808-lərlə birləşdiyi bir səs tablosu kimi təsvir edir və bunu 2010-cu illər elektron repinə göndərilən salam kimi şərh edir.
Fenqin sözləri əksər hallarda müsbət düşüncə, həyatdan zövq almaq və insanları özləri kimi qalmağa həvəsləndirmək mövzularına söykənir. Mahnıları da adətən bir dəqiqə civarında olur. "The Fader" jurnalından Vivian Mediti yazır ki, Fenq öz nəslinin digər nümayəndələri arasından seçilir. Bunun səbəbi isə onun musiqisinin neona çalan, indi-pop ilə hip-hopu birləşdirən ahəngi və parlaq sözləridir. O sözlər ki, bir tərəfdən şəxsi gündəliyə, bir tərəfdən isə ruhlandırıcı danışığa oxşayır.
Şəxsi həyatı Fenqin sevdiyi şeylərdən biri də kinodur. "Interview" jurnalına söhbətində "Zərbənin arxasında" (), "Amerikansayağı gözəllik", "Bacarırsansa, tut məni", "Şouşenkdən qaçış" və "Limitsiz"i izlədiyi ən yaxşı filmlər arasında sayıb.
Diskoqrafiya Studiya albomları Weekend Rockstar (2026)
Miksteyplər What the Feng (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə xristianları