Alan Dandes (; ) — amerikalı folklorşünas, antropoloq, Berkli Kaliforniya Universitetinin professoru. Universitetdə dörd onillik fəaliyyəti zamanı folklorşünaslığı akademik bir intizam kimi müəyyənləşdirməyə kömək etdi .

Tədqiqatçılar onu dövrünün ən tanınmış folklorşünası kimi xatırlayaraq onu mif, atalar sözləri və xalq inancını şərh edən 12 kitabın, iyirmi redaktə edilmiş cildin və 250-dən çox məqalənin müəllifli kimi qeyd edirdilər. . Dandes folklorun psixoanalitik və struktur oxunuşlarını təkmilləşdirdi və həmkarlarını bu sahənin təsvirində kolleksiyanı nəzəriyyə ilə birləşdirməyə çağırdı.. Onun milli xarakter və xalq rituallarını, o cümlədən 1980-ci ildə Alman mədəniyyətinə dair mübahisəli çıxışı və Amerika futbolunun psixoanalitik tədqiqi də daxil olmaqla, tədqiq etmək istəyi həm heyranlıq, həm də ölüm təhdidlərinə səbəb olub.Dundes, Alan. "Life is Like a Chicken Coop Ladder", . Preface, p.vii: "An earlier version of this essay was presented in October 1980 as the presidential address of the American Folklore Society at its annual meeting in Pittsburgh.".

Karyera

Yel Universitetində ingilis dili ixtisası üzrə təhsil almışdır. Məzun olduqdan sonra orduya çağırılacağına əmin olan Dandes ROTC-yə (ABŞ Ehtiyat Zabit Təlim Korpusu) qoşulmuş və Dəniz Qüvvələrinin rabitə zabiti olmaq üçün təlim keçmişdir. Neapol körfəzində yerləşən təyinat gəmisində artıq rabitə zabitinin olduğu məlum olduqda, Dandes gəminin başqa nəyə ehtiyacı ola biləcəyini soruşmuş və belə bir fürsətdən imtina etmək istəməmişdir. Daha sonra iki il Aralıq dənizindəki bir gəmidə topçu dəstəsində çalışmışdır. Xidmətini başa vurduqdan sonra folklor üzrə doktorluq dərəcəsi almaq üçün İndiana Universitetinə daxil olmuşdur. İndianada folklorşünas Riçar Dorsondan təhsil almışdır. Tezliklə dərəcəsini qazanmış və Kanzas Universitetində müəllim vəzifəsinə keçmiş və orada cəmi bir il qalmışdır. 1963-cü ildə ona Berklidəki Kaliforniya Universitetinin antropologiya kafedrasında vəzifə təklif edilmişdir. O, tez bir zamanda folklorşünaslıq sahəsində tanınmış bir şəxs kimi özünü təsdiqləmişdir. Dandes bu vəzifəni 42 il, 2005-ci ildə vəfat edənə qədər tutmuşdur. 1979-cu ildə Amerika Folklor Cəmiyyətinin rəhbəri olmuşdur. Onun 1980-ci ildə Amerika Folklor Cəmiyyətinin konfransındakı prezidentlik çıxışında Almaniya milli xarakterində anal-erotik fiksasiyanın mövcud olduğu iddia edilmişdi; bu, xeyli mübahisəyə səbəb olmuşdu. O, nağılların strukturunu aşkar etdikləri motivlər baxımından təhlil etmək üçün "allomorf" anlayışını (Kennet Paykın "motivme" (bax: "morfem") anlayışını tamamlamaq üçün "allomorf" anlayışı ilə analogiya yolu ilə) yaratmışdır.

O, həm akademik, həm də populyar 12 kitab yazmış, daha iyirmi kitabı redaktə etmiş və ya həmmüəlliflik etmişdir və 250-dən çox məqalənin müəllifi kimi tanınır. Onun ən diqqətəlayiq məqalələrindən biri "Görmək İnanmaqdır" idi, burada o, amerikalıların görmə qabiliyyətini digər hisslərdən daha çox qiymətləndirdiyini iddia edirdi.

Tədris Metodları

Berkli Kaliforniya Universitetində qeyri-rəsmi olaraq "Zarafat Professoru" kimi tanınırdı. Onun dərsləri çox populyar idi və tədrisi "qarşısıalınmaz hazırcavablıq və üslub" ilə birləşdirirdi. Onun tələbələri miflərdən, əfsanələrdən və xalq nağıllarından tutmuş atalar sözləri və tapmacalara, zarafatlara, oyunlara və xalq nitqinə (jarqon), xalq inanclarına və yemək üsullarına qədər bir çox müxtəlif folklor formaları ilə tanış etdi. Bu kursun son layihəsi hər bir tələbədən 40 folklor əsərini toplamağı, müəyyən etməyi və təhlil etməyi tələb edirdi. Bütün bu materiallar (təxminən 500.000 əşya) Berkli Folklor Arxivlərində arxivləşdirilir və kataloqlaşdırılır. Dandes həmçinin Amerika folkloru və folklora psixoanalitik yanaşmalar (ən sevdiyi yanaşma) üzrə kurslar, eləcə də folklorşünaslığın beynəlxalq perspektivdən tarixi və folklor nəzəriyyəsinin tarixi və inkişafı üzrə aspirantura seminarları tədris edirdi.

Ömrünün sonuna yaxın o, keçmiş tələbəsindən 1.000.000 dollarlıq çek olan bir zərf aldı. Bu pul Dandesə universitetdə folklorşünaslıq üzrə daimi professor vəzifəsi yaratmağa imkan verdi və bununla da təqaüdə çıxdıqdan sonra kafedrada folklorun tərk edilməməsini təmin etdi.

İş metodu Özünəinamına baxmayaraq, Dandes nəzəriyyələri tez-tez mübahisələr də doğururdu. Onun ən mübahisəli işlərindən bəziləri Əhdi-Cədidin və Quranın folklor kimi araşdırılması ilə bağlı idi.Lakin bütün məqalələri arasında onu ölüm təhdidlərinə səbəb olan məqalə Amerika futbolunu əhatə edən terminologiya və ritualların homoerotik alt mətninin psixoanalitik tədqiqatı olan "Into the Endzone for a Touchdown" idi. 1980-ci ildə Dandes Amerika Folklor Cəmiyyətinin illik iclasında prezident nitqini söyləməyə dəvət edildi. Daha sonra "Həyat Toyuq Hunağı Nərdivanı Kimidir" adlı monoqrafiya kimi nəşr olunan təqdimatı, Alman milli xarakterindəki anal-erotik fiksasiyanı nümayiş etdirmək üçün xalq nitqinə, adət-ənənələrinə, maddi mədəniyyətə və s. əsaslanır. Bu məqaləyə reaksiya inanılmaz dərəcədə güclü idi. Dandes uzun illər Amerika Folklor Cəmiyyətinin illik konfransında iştirak etmədi. Nəhayət, 2004-cü ildə geri qayıdanda yenidən plenar iclasda çıxış etdi və bu dəfə folklorşünas həmkarlarını nəzəri zəifliklərinə görə danladı. O, nə qədər diqqətli olsa da, məlumatların toplanması və təqdim edilməsinin, həmin məlumatlara nəzəriyyə inkişaf etdirmədən və tətbiq etmədən faydasız olduğuna inanırdı.

Dandes folklorşünaslığın əsas obyekti kimi mövcud olan "xalq" anlayışına və kəndlilərin və ya ibtidai qəbilələrin "folkloruna" meydan oxudu. Bunun əvəzinə, o, "xalq" anlayışının daha geniş tərifini təklif etdi: müəyyən ortaq xüsusiyyətləri paylaşan və ortaq kimliklərini ənənələr vasitəsilə ifadə edən iki və ya daha çox insan. Buna görə də, folklor yalnız kəndlilər arasında deyil, istənilən sabit insan qrupu arasında da mövcuddur:

Xalq və ya kəndli cəmiyyəti folklorşünaslıqda "xalq"ın yalnız bir nümunəsidir. Ortaq bir əlaqəni paylaşan istənilən insan qrupu, məsələn, həmkarlar ittifaqı kimi şəhər qrupu, folklora sahib ola bilər və sahibdir. "Xalq" Amerika folklorunda olduğu kimi bir millətə və ya fərdi bir ailəyə aid edilə bilən çevik bir anlayışdır. "Xalq" anlayışını təyin etməkdə əsas sual budur: hansı qrupların əslində adət-ənənələri var?Alan Dundes.Journal of the Folklore Institute. The Devolutionary Premise in Folklore Theory. https://www.jstor.org/stable/3814118

"Xalq" anlayışının bu genişləndirilmiş sosial tərifi, həmçinin folklor hesab edilən materiala daha geniş baxışın yaranmasına səbəb oldu ki, bu da Uilyam Uilsonun qeyd etdiyi kimi, "insanların sözlə etdikləri şeylər (şifahi bilik), əlləri ilə düzəltdikləri şeylər (maddi bilik) və hərəkətləri ilə etdikləri şeylər (ənənəvi bilik)" daxildir.

Dandesə görə, "xalq" anlayışının bu daha geniş tərifinin digər bir nəticəsi, folklor əsərinin təsviri və ya yalnız folklorun qorunmasına həsr olunmuş deyil, təbiətcə interpretativ və elmi olmasıdır. Dandesə görə, folklor əsəri gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaq. O yazır: "Folklor universaldır: folklor həmişə olub və çox güman ki, həmişə də belə olacaq. İnsanlar qarşılıqlı əlaqədə olduqları və bunu edərkən ənənəvi ünsiyyət formalarından istifadə etdikləri müddətcə folklorşünaslar folkloru öyrənmək üçün əla imkanlara sahib olmağa davam edəcəklər". Folklorşünas Uilyam A. Uilsona görə, "folklorun öyrənilməsi sadəcə xoş bir əyləncə deyil, əsasən boş vaxtlar üçün faydalıdır. Əksinə, bu, öz davranışımızı və digər insanların davranışlarını anlamaq cəhdlərimizdə mərkəzi və həlledicidir".

Mükafatları

1966-cı ildə Dandes Quqqenhaym Təqaüdünə layiq görülüb və 1972-ci ildə Milli Humanitar Elmlər Fondunun baş elmi işçisi təyin edilib.

1980-ci ildə Dandes Amerika Folklor Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb və 1993-cü ildə folklor sahəsindəki nailiyyətlərinə görə beynəlxalq mükafat olan Pitre mükafatına layiq görülüb.

Dandes 2001-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilib və bu cür tanınma qazanan ilk folklorşünas olub.

Dandesin elmi fəaliyyətinin genişliyi və təsiri üç fərqli festschrift toplusunun - biri atalar sözləri alimləri, biri psixoanalitiklər və biri də keçmiş tələbələri tərəfindən nəşr olunmasında qeyd olunub.

Seçilmiş əsərləri

Carl R. Pagter (соавт.). Never Try to Teach a Pig to Sing. (1964)."The Morphology of North American Indian Folktales". (ред.) (1965). The Study of Folklore. (1968). «The Number Three in American Culture.» In Alan Dundes (ред.), Every Man His Way: Readings in Cultural Anthropology. Englewood Cliffs, New Jersey: Prentice-Hall. (1969). «Thinking Ahead: A Folkloristic Reflection of the Future Orientation in American Worldview». (1971). «A Study of Ethnic Slurs». (1972). «Folk Ideas as Units of Worldview». (1975). «Slurs International: Folk Comparisons of Ethnicity and National Character». (1980). Interpreting Folklore. Indiana University Press. (1984). Life is Like a Chicken Coop Ladder: A Portrait of German Culture Through Folklore. (ред.) (1984). Sacred Narrative: Readings in the Theory of Myth. University of California Press. Falassi, Alessandro (соавт.) (1984). La terra in Piazza: An interpretation of the Palio in Siena. University of California Press. (с C. Banc) (1986) «First Prize: Fifteen Years. An Annotated Collection of Political Jokes» (1987). Cracking Jokes: Studies of Sick Humor Cycles & Stereotypes. Ten Speed Press. Carl R. Pagter (Co-author) (1987). When You’re Up to Your Ass in Alligators…: More Urban Folklore from the Paperwork Empire. Wayne State University Press. (ред.) (1989). Little Red Riding Hood: A Casebook. Madison, WI: University of Wisconsin Press. (ред.) (1990). In Quest of the Hero. Princeton University Press. (ред.) (1991). Mother Wit from the Laughing Barrel: Readings in the Interpretation of Afro-American Folklore. University Press of Mississippi. (1991) The Blood Libel Legend: A Casebook in Anti-Semitic Folklore. University of Wisconsin Press (ред.) (1992). The Evil Eye: A Casebook. University of Wisconsin Press. Carl R. Pagter (соавт.). (1992) Work Hard and You Shall Be Rewarded: Urban Folklore From the Paperwork Empire. (1993). Folklore Matters. University of Tennessee Press. (ред.) (1994). The Cockfight: A Casebook. University of Wisconsin Press. Edmunds, Lowell (ред.) (1995). Oedipus: A Folklore Casebook. University of Wisconsin Press. Carl R. Pagter (соавт.) (1996). Sometimes the Dragon Wins: Yet More Urban Folklore from the Paperwork Empire. Syracuse University Press. (ред.) (1996). The Walled-Up Wife: A Casebook. University of Wisconsin Press. (1997). From Game to War and Other Psychoanalytic Essays on Folklore. University of Kentucky Press. (1997). Two Tales of Crow and Sparrow: A Freudian Folkloristic Essay on Caste and Untouchability. Rowman & Littlefield. (ред.) (1998). The Vampire: A Casebook. Madison, WI: The University of Wisconsin Press. Carl R. Pagter (соавт.) (2000). Why Don’t Sheep Shrink When It Rains?: A Further Collection of Photocopier Folklore. Syracuse University Press. (1999). Holy Writ as Oral Lit: The Bible as Folklore. Rowman & Littlefield Publishers, Inc. (2002). Bloody Mary in the Mirror: Essays in Psychoanalytic Folkloristics. University Press of Mississippi. (2003). The Shabbat Elevator and Other Sabbath Subterfuges. Rowman & Littlefield. (2003). Fables of the Ancients?: Folklore in the Qur’an. Rowman & Littlefield. (2003). Parsing Through Customs: Essays by a Freudian Folklorist. The University of Wisconsin Press. (2004). «As the Crow Flies: A Straightforward Study of Lineal Worldview in American Folk Speech». (ред.) (2005). Recollecting Freud. Madison, WI: The University of Wisconsin Press. Rusca Дандес А. Фольклор: семиотика и/или психоанализ / Пер. с англ. А. С. Архиповой и др. : Восточная литература (издательство), 2003.

İstinadlar

Kateqoriya:Folklorşünaslar Kateqoriya:Folklorşünaslıq Kateqoriya:Amerika alimləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri