Palmerston () — Britaniya Xarici İşlər Nazirliyində baş siçantutan vəzifəsində çalışmış pişik.

Həyatı Palmerston Britaniya Xarici İşlər Nazirliyinə Pişik Larriyə rəqib kimi gəlib. O, "Battersea Dogs & Cats Home"dan övladlığa götürülüb.

2017-ci ildə Britaniya Xarici İşlər Nazirliyi Palmerstonun 16 ay ərzində gördüyü işlər haqqında hesabat yayımladı. Hesabatda onun Dauninq-strit 10 ünvanındakı həmkarını geridə qoyduğu məlum oldu. 18 ay ərzində o, 27 siçan tutmuş və özünü ölkənin aparıcı siçan ovçusu kimi təsdiqləmişdi.

2018-ci ilin yanvar ayında Xarici İşlər Nazirliyinin əməkdaşlarına Palmerstonu yemləməmək tövsiyə edildi, çünki o, demək olar ki, tamamilə siçan tutmağı dayandırmışdı.

Şahidlərin Twitter-də bildirdiyinə görə, 2018-ci ilin fevral ayında Larri ilə Palmerston arasında dava düşdü. Palmerston qələbə qazandı, çünki Larri dava zamanı xaltasını itirmişdi.

2020-ci ilin avqustunda "istefaya çıxdıqdan" sonra nazirliyin əməkdaşlarından birinin evində yaşayırdı.

O, 12 fevral 2026-cı ildə, təxminən 12 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:Məşhur pişiklər