Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsiAzərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.451

Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir.

Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir.

Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.

Panteonda İtaliyanın bir çox məşhur adamları: Rafael, kral Viktor II Emmanuel və I Umberto dəfn edilmişdir. Damında olan yarıq Panteonun özəl xüsusiyyətlərindəndir.

Şəkillər

Ədəbiyyat Falk Spirallo Reiseführer Rom, Auflage 2007 Rom, DuMont Reiseverlag, Auflage 2006

İstinadlar

Kateqoriya:İtaliya kilsələri Kateqoriya:Roma abidələri Kateqoriya:1 noyabrda yarananlar Kateqoriya:609-cu ildə yarananlar Kateqoriya:E.ə. II əsr memarlığı Kateqoriya:Romadakı Roma Katolik kilsələri Kateqoriya:Günbəzli kilsə binaları