VIII və IX əsrlərdə Frank Karolinq İmperiyası ilə Abbasi Xilafəti arasında bir sıra qarşılıqlı əlaqələr, yaxınlaşmalar və birləşmiş hərbi əməliyyatlar vasitəsilə həyata keçirilən Abbasi-Karolinq ittifaqı mövcud idi.
İttifaqın əvvəlcə Gödək Pipin və əl-Mənsur arasında yarandığı, daha sonra isə Böyük Karl və Harun ər-Rəşidin hakimiyyəti dövründə davam etdiyi ehtimal olunur. Bu əlaqələr 732-ci ildə Tur döyüşündən sonra olan Karolinqlilərlə Kordova əmirliyi arasında baş verən gərgin münaqişədən sonra yaranmış və Yaxın Şərqdə yerləşən "uzaq" Abbasilər imperiyası ilə əks-ittifaq qurmağı hədəfləyirdi. Bir az sonra Bizans imperiyasına qarşı münaqişədə yenidən Karolinq-Abbasi ittifaqı qurulmağa cəhd edilmişdir.
Kateqoriya:VIII əsrdə beynəlxalq münasibətlər Kateqoriya:Abbasilər xilafətinin tarixi Kateqoriya:IX əsrdə beynəlxalq münasibətlər