Feliks Savar (; ) — həmkarı Jan Batist Bio ilə birgə kəşf etdiyi elektromaqnetizmə dair Bio-Savar qanunu ilə tanınan fransız fiziki və riyaziyyatçısı. Onun əsas maraq dairəsi akustika və vibrasiya edən cisimlərin tədqiqi olmuşdur. Skripkaya olan xüsusi marağı onu eksperimental trapesiya formalı model yaratmağa sövq etmişdir. O, musiqi intervalları üçün ölçü vahidi olan savara və insan eşitmə diapazonunu araşdırarkən istifadə etdiyi cihaz olan "Savar çarxı"na öz adını vermişdir.
Bioqrafiyası
Savar, Mets hərbi məktəbinin mühəndisi Jerar Savarın oğlu idi. Fransa Politexnik Məktəbinin tələbəsi və mühəndis korpusunun zabiti olan qardaşı Nikolas da vibrasiya sahəsində tədqiqatlar aparmışdır. Savar Mets hərbi hospitalında tibb təhsili almış, daha sonra Strasburq Universitetinə daxil olmuş və 1816-cı ildə burada tibb üzrə elmi dərəcə almışdır. Savar 1820-ci ildə Kollec de Fransda professor olmuş və Jan Batist Bio ilə birlikdə Bio-Savar qanununun həmmüəllifi kimi tanınmışdır. Onlar maqnetizm nəzəriyyəsi və elektrik cərəyanları üzərində birgə çalışmışlar. Onların qanunu 1820-ci ildə işlənib hazırlanmış və nəşr olunmuşdur.A joint Biot-Savart paper "Note sur le magnétisme de la pile de Volta" was published in the Annales de chemie et de physique in 1820. Bio-Savar qanunu maqnit sahələri ilə onların mənbəyi olan cərəyanlar arasındakı əlaqəni müəyyən edir.
Savar, həmçinin akustika sahəsində də tədqiqatlar aparmışdır. O, fırlanan disklərin köməyi ilə müəyyən dərəcəli tezliklərdə səs hasil edən "Savar çarxı"nı hazırlamışdır.
Feliqs Savar musiqi intervallarının ölçü vahidi olan savarın adaşıdır, lakin Stiqlerin eponimiya qanununa uyğun olaraq, bu vahid əslində Jozef Sovyor tərəfindən ixtira edilmişdir.
İstinadlar
Xarici keçidlər Logarithmic Interval Measures
Kateqoriya:30 iyunda doğulanlar Kateqoriya:1791-ci ildə doğulanlar Kateqoriya:Fransada doğulanlar Kateqoriya:16 martda vəfat edənlər Kateqoriya:1841-ci ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Fransa fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Strasburq Universitetinin məzunları Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fransa Elmlər Akademiyasının üzvləri