Nikolaus Vasilyeviç Ril (, ; ) — rus-yəhudi mənşəli alman nüvə kimyaçısı. Berlinin süqutundan əvvəl "Auergesellschaft AG" şirkətinin elmi qərargahının direktoru vəzifəsində çalışmış, sonradan Sovet İttifaqına aparılmışdır.

Ril keçmiş SSRİ-nin nüvə silahı proqramında iştirak edən çoxsaylı alman nüvə fiziklərindən biri idi. O, 1945-ci ildə bu proqrama cəlb edilmiş və 1955-ci ilə qədər orada fəaliyyət göstərmişdir. Almaniyadakı Münxen Texniki Universitetində texniki vəzifə təklifini qəbul etdikdən sonra sovet nəzarətindən azad edilmişdir. Sovet İttifaqındakı fəaliyyətinə görə bir çox yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Təhsili

Nikolaus Ril 1901-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində anadan olmuşdur. Atası Vilhelm Qotfrid Ril "Siemens" şirkətində çalışan alman mühəndis, anası Yelena Ril (qızlıq soyadı Kaqan) isə yəhudi mənşəli rus qadını idi.Michael D. Gordin, Red Cloud at Dawn: Truman, Stalin, and the End of the Atomic Monopoly, Farrar, Straus and Giroux (2009), p. 145 Ril həm alman, həm də rus dillərində sərbəst danışırdı və Rusiyadakı alman dilli məktəblərdə təhsil almışdı. Ailə Birinci Dünya müharibəsi boyu Rusiyada qalmış, 1918-ci ildə Berlinə köçmüşdür. 1920-ci ildə o, Berlin Universitetinin kimya fakültəsinə daxil olmuşdur.

Nüvə elmi mövzularında o, "Auer" şirkətinin adından Otto Han ilə əməkdaşlıq etmişdir. 1927–1929-cu illər arasında Ril, Liza Meytnerin rəhbərliyi altında nüvə kimyası üzrə dissertasiyasını müdafiə etmişdir; onun elmi işi beta-şüa spektroskopiyası üçün nəzərdə tutulan Geyger-Müller sayğacları ilə bağlı tədqiqatları əhatə edirdi.Hentschel and Hentschel, 1996, Appendix F; see the entry for Riehl.Riehl and Seitz, 1996, 4-5 and 68.

İstinadlar

Xarici keçidlər History – Technische Hochschule München

Kateqoriya:24 mayda doğulanlar Kateqoriya:1901-ci ildə doğulanlar Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:2 avqustda vəfat edənlər Kateqoriya:1990-cı ildə vəfat edənlər Kateqoriya:Münxendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Sankt-Peterburq Politexnik Universitetinin məzunları Kateqoriya:Berlin Humboldt Universitetinin məzunları Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya imperiyası yəhudiləri Kateqoriya:Almaniya rusları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Nüvə fizikləri Kateqoriya:Almaniya kimyaçıları