Hardinqfele və ya Norveç skripkası — Norveçmənşəli simli musiqi aləti. Standart skripkadan kiçikdir, daha qabarıq səs lövhəsinə, daha geniş və qısa boğazına və 8 və ya 9 siminə (4 ifa simi, qalanları rezonanslı) malikdir. Əksər melodiyalar standart kökləmədə (G-D-A-E) ifa olunsa da, Norveçdə musiqinin təbiətindən və müəyyən bölgələrin yerli variasiyalarından asılı olaraq təxminən 40 fərqli kökləmə mövcuddur.

Rezonanslı simlər fundamental qammanın 1-ci, 2-ci, 3-cü və 5-ci dərəcələrinə uyğundur. Hardinqfelenin ən qədim sağ qalan nümunəsi 1651-ci ildə Ole Jonsen Jastad tərəfindən hazırlanmış "Jastad" skripkası hesab olunur.Aksdal 1993, 21 Originally, the instrument had a rounder, narrower body.Aksdal 1993, 22 1700-cü illərin ortalarına qədər hardinqfele skripkası Norveçin cənub, mərkəzi və qərb sahillərinin çox hissəsində dominant xalq alətinə çevrilmişdi. Bu alətin mənşəyi tam aydın deyil. Hardinqfele alətləri tez-tez barmaq lövhəsində inkrustasiyalarla bəzədilib və gövdəsi naxışlarla boyanıb.

Hardinqfele aləti ilk dəfə J.Halvorsen tərəfindən S.Ellegarın "Fossegrimen" pyesindəki musiqidə simfonik orkestr ilə ansamblda solo alət kimi istifadə olunub.

İstinadlar

Ədəbiyyat Aksdal, Bjørn, and Sven Nyhus. Fanitullen: Innføring i norsk og samisk folkemusikk. Oslo: Universitetsforlag. Broughton, Simon, and Mark Ellingham. Rough Guide to World Music Volume One: Africa, Europe & the Middle East. London: Penguin Books, 1999. 212-216. George, Patrice. "Knut Hamre and Benedicte Maurseth - Rosa I Botnen." RootsWorld. 26 Feb. 2008 http://www.rootsworld.com/reviews/botnen06.shtml Gurvin, Olav. 1958. Hardingfela. In Hardingfeleslåttar, ed. Olav Gurvin. Norsk Folkemusikk, ser. 1 vol I. Oslo: Universitetsforslaget. Sandvik, Sverre. Vi Byggjer Hardingfele. Tiden, 1983. 12-13. English translation "(How) We Build the hardanger Fiddle" by Eldon Ellingson Xarici keçidlər

Hardanger Fiddle Association of America Fashioning the hardanger Fiddle Hardingfeleverket--Norsk folkemusikk serie 1: Hardingfeleslåttar – i syv bind og Feleverket--Norsk folkemusikk serie 2: Slåtter for vanlig fele – i fire bind Hardanger Fiddle, Isak N. Botnen/Skår (Norwegian, 1669–1759) and Trond Isaksen Flatebø (Norwegian, 1713–1772) made in 1756 Hardanger Fiddle, Norway, 1786 Scordatura: The Dahle Tradition (Anne Svånaug Haugan. Etnisk Musikklubb: EM26) Andrea Hoag, Loretta Kelley, Charlie Pilzer hardanger fiddler Christian Borlaug

Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Skripka