thumb|Qlenn Siborq. Transfermium müharibələri – Mendeleyev cədvəlində fermium elementindən sonra kəşf edilən 104–109-cu elementlərin adlandırılması barədə yaranmış mübahisə və anlaşılmazlıqlar.
Zəmin 1980-ci illərə qədər süni kimyəvi elementlərin yaradılması imkanına malik olan iki elmi tədqiqat müəssisəsi var idi: ABŞ-nin Kaliforniya ştatında yerləşən Berkli Laboratoriyası və SSRİ-də yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutu. Soyuq müharibə dövründə kimyəvi elementlərin kəşf edilməsi və adlandırılması uğrunda rəqabət mövcud idi.
İlk belə mübahisə 1957-ci ildə Arqonne Milli Laboratoriyası, Harvell Laboratoriyası və Nobel İnstitutunun birgə əməkdaşlığı ilə yaradılmış 102-ci elementlə bağlı yaranmışdır. Element üçün nobelium adı təklif olunmuş, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı bu adı qəbul etmişdir. Berkli və Dubnadakı alimlər elementin kəşfini təsdiqləməyə çalışmış, lakin təcrübəni dəqiqliklə təkrarlaya bilməmişdirlər. Onlar orijinal nəticələri təkrarlaya bilmədikləri üçün öz metodları ilə elementi yenidən kəşf etmişdirlər. Hər iki qrup 1958-ci ildə elementi ayrılıqda kəşf etdiyini açıqlamışdır. Berkli və Dubnadakı laboratoriyalar elementi adlandırmaq hüququ üçün iddia qaldırmışdırlar. Berkli alimləri elementin adının nobelium olaraq qalmasını qəbul etmişdirlər. Ruslar isə süni radiasiyanı kəşf etmiş və kommunist alim Frederik Jolio-Kürinin şərəfinə joliosium adını təklif etmişdir. Lakin IUPAC bu təklifi qəbul etməmişdir.
Tarixi 104-cü və 105-ci elementlərin adlandırılması barədə mübahisələr daha sərt olmuş və Transfermium müharibələri anlayışının yaranmasına səbəb olmuşdur. Berkli və Dubna alimləri elmi məqalələrdə, konfranslarda və görüşlərdə şəxsi maraqlar əsasında mübahisə edirdilər. 106-cı elementin adlandırılması ilə bağlı mübahisə isə Berkli ilə Dubna arasında yox, Berkli ilə IUPAC arasında yaşanmışdır. 1994-cü ildə Berkli alimləri 106-cı elementi bir neçə element kəşf etmiş Qlen Siborqun şərəfinə siborgium adlandırılmasını təklif etmişdirlər. Lakin Siborq hələ sağ olduğu üçün IUPAC bu adlandırmanı qəbul etməmişdir. Uzun danışıqlardan və məktublaşmalardan sonra 106-cı element siborgium adlandırılmışdır.
101–109-cu elementlərin adlandırılması üçün 1986-cı ildə Transfermium İşçi Qrupu yaradılmış və bir elementin kəşf olunub-olunmadığını təsdiqləyən ətraflı kriteriyalar hazırlanmışdır. Bu kriteriyalar 101–109-cu elementlər üçün də tətbiq olunmuşdur. Kriteriyalar 110-cu elementdən sonrakı elementlərin mübahisəsiz adlandırılmasına şərait yaratmışdır. 1997-ci ildə 102–109-cu elementlərin adlandırılması ilə bağlı konsensus qəbul olunmuşdur. 1999-cu ildə yaradılmış yeni qrup Transfermium müharibələrini sonlandırmışdır.
İstinadlar
Kateqoriya:Kimyəvi elementlərin adlandırılması Kateqoriya:Kimyəvi nomenklatura Kateqoriya:Kimya tarixi Kateqoriya:Kəşf və ixtira mübahisələri Kateqoriya:Adlandırma mübahisələri Kateqoriya:Elmi rəqabət Kateqoriya:ABŞ–SSRİ münasibətləri Kateqoriya:Fizika tarixi