İl-62 (NATO kod adı ilə: Klassik) — 1960-cı ildə İlyuşin Konstruktor Bürosu tərəfindən bu sinif təyyarələrə olan qlobal tələbləri ödəmək üçün hazırlanmış ilk Sovet uzunmənzilli, birinci sinif, qitələrarası mənzilli turboreaktiv sərnişin təyyarəsi. O, Tu-114 və İl-18 təyyarələrini əvəz etdi. Bu, öz sinfində kütləvi istehsal edilən yeganə təyyarə idi. Texniki mürəkkəblik baxımından, "ikinci nəsil" turboreaktiv sərnişin təyyarələrinə uyğundur.

Təyyarə qlobal texniki və iqtisadi standartlara tam uyğun idi. Bu təyyarənin yaradılmasına görə bir qrup İlyuşin mühəndisləri Lenin mükafatına layiq görüldü.

İlk uçuşunu 2 yanvar 1963-cü ildə etdi. İl-62 təyyarələri 1966-cı ildən 1995-ci ilə qədər seriyalı istehsalda olub. Cəmi 289 təyyarə (prototiplər də daxil olmaqla) istehsal olunub. İstehsal olunan bütün təyyarələrin üçdə biri sosialist ölkələrinə, əsasən Kubaya ixrac edilib. Hazırda Rusiyada kommersiya aviasiyasında bu tip təyyarə qalmayıb, onlar yalnız Rusiya Hərbi Hava Qüvvələrində mövcuddur.

İstinadlar

Xarici keçidlər

Реестр самолётов с описанием каждого борта // russianplanes.net Реестр по версии ch-aviation.ch Список потерянных Ил-62 // aviation-safety.net

Kateqoriya:İlyuşin təyyarələri Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Dördmühərrikli reaktiv təyyarələr