Yeniyetmə robot kimi həyatım () — ABŞ cizgi serialı. Yaradıcısı Rob Renzetti serialı "Nickelodeon" kanalı üçün hazırlayıb. İstehsalı "Frederator Studios" və "Nickelodeon Animation Studio" birgə həyata keçiriblər.

Təsvir Tremorton şəhəri sakit görünsə də, əslində burada rahat günlər demək olar ki, yoxdur. Şəhəri daim kimsə hədəf alır, dağıtmağa çalışır, ələ keçirmək istəyir. Elə gün yoxdur ki, nəsə baş verməsin. Hadisələr o qədər tez-tez təkrarlanır ki, sakinlər artıq alışıblar. Hamı bilir ki, hər dəfə kimsə peyda olub kömək edəcək. Bu kimsə Cenni Veykman adlı robot qızdır. Tanınmış alim doktor Nora Veykman bu qızı döyüş maşını kimi yaradıb. Kod adı XJ-9 olan robot ən müasir texnologiya ilə təchiz olunub. Anasının niyyətinə görə Cenni yalnız döyüşməli, planeti qorumalı, təhlükələri aradan qaldırmalıdır. Başqa heç nə ona lazım deyil. Onun üçün sosial həyat, dostluq və ya əyləncə nəzərdə tutulmayıb. Ancaq Cenni bu qadağalarla barışmır. Onun yeganə istəyi budur ki, məktəbə gedib yaşıdları kimi dərs oxusun, yeniyetmə qızlar kimi geyinsin, sevdiyi musiqini dinləsin, dostlarla vaxt keçirsin... Amma bütün bunlar ona yasaqdır. Anası hesab edir ki, Cenni planetin qoruyucusu olaraq qalmalıdır. Lakin Cenni isə bunlara məhəl qoymur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Uşaq superqəhrəmanlar Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Uşaq teleserialları