Oyun vasitəsilə öyrənmə və ya oyunla təlim — oyunun simulyasiya edildiyi modelləşdirilmiş vəziyyətlərdə baş tutan tədris prosesi forması. Bu üsul müxtəlif sahələrdə, o cümlədən bacarıqların mənimsənilməsi və emosional qiymətləndirmə kimi təcrübələrin qazanılmasına və tətbiqinə kömək edir. Hazırda tədris prosesinin bu forması tez-tez edyuteynment () adlandırılır ki, bu da hər cür könüllü təhsil formalarını, eləcə də əyləncəli təhsil fəaliyyətlərini (əyləncə vasitəsilə təhsil daxil olmaqla) ifadə edir.

Tarixçə

Oyun vasitəsilə öyrənmənin meydana çıxması və yayılmasında ən əsas amil texnologiyanın və medianın inkişafıdır. "Edutainment" anlayışının ilk dəfə Robert Heyman tərəfindən 1973-cü ildə National Geographic Society üçün hazırladığı multimedia tədris materiallarını "əylənərək öyrənmə" kimi xarakterizə etməsi ilə istifadə edildiyi qeyd olunur. Bununla yanaşı, edyuteynmentin 1970-ci illərdə kompüter oyunları vasitəsilə populyarlaşdığına dair ümumi bir rəy mövcuddur. ABŞ, Böyük Britaniya və Latın Amerikasında 1970-ci illərdən bəri müxtəlif qruplar edyuteynmentdən bəzi sosial və sağlamlıq məsələlərində (QİÇS, xərçəng, maddə asılılığı, immunizasiya və s.) əhalini maarifləndirmək üçün istifadə etmişlər. Bəzi universitetlər, xüsusi təşkilatlar və dövlət müəssisələri tədris xarakterli oyun məzmunları hazırlamışdırlar.

Bu üsul fərdi qabiliyyətləri üzə çıxaran və inkişaf etdirən; izləmə oyunlarında rəqabət hissi qazandıraraq qaydalara əməl etməyi, sevinci və kədəri paylaşmağı öyrədən, oynayarkən öyrətməyi hədəfləyən bir vasitədir. Oyunlar şagirdlər üçün şən və rahat mühit yaradır, sinifdaxili fəaliyyətlərə rəngarənglik gətirir. Tədris oyunları vasitəsilə dərslər daha maraqlı hala gətirilə bilər ki, bu da hətta ən passiv şagirdlərin belə bu prosesə qoşulmasını təmin edir.

Konsepsiya

Tədris xarakterli oyun proqramları təlim prosesində səmərəli istifadə olunan tədris materiallarıdır və simulyasiya proqramları ilə böyük oxşarlıq təşkil edirlər. Simulyasiya və tədris oyun proqramlarının ümumi hədəfi öyrənmə mühiti yaradaraq biliklərin mənimsənilməsinə kömək etmək və ya bacarıqları inkişaf etdirməkdir. Bu proqramlar şagirdlərə sanki əyləncəli bir mühitdə imiş kimi çalışma fürsəti verir. Belə fəaliyyətlər real və ya xəyali bir vəziyyəti canlandıraraq əks etdirir. Buna baxmayaraq, tədris oyunlarını dəqiq tərif etmək çətindir; bu çətinlik proqramların məqsədlərindəki müxtəlifliyə görədir. Müasir dövrdə tədris məqsədli bir çox kompüter oyunu bazara çıxarılsa da, onların hamısının təhsil hədəflərinə müvafiq hazırlanmış olduğunu demək çətindir. Buna görə dizaynerlər proqramı planlaşdırmazdan əvvəl görüləcək işləri aydın müəyyənləşdirməlidirlər.

Təhsil tədbirləri, məhsul təqdimatları, mətbuat konfransları, personal görüşləri, sosial məsuliyyət layihələri və universitet karyera günləri kimi fəaliyyətlərdə iştirakçıların hisslərinə xitab edən interaktiv şoular, səhnəciklər, yaradıcı dram/teatr nümayişləri və "stand-up"lar vasitəsilə təlimin daha təsirli olması təmin edilir.

Növləri

Oyun vasitəsilə öyrənmə (Edyuteynment) əsasən aşağıdakı formalarda nümayiş etdirilir: İnteraktiv şoular Yaradıcı dram/teatr nümayişləri Stand-up çıxışları

İstinadlar

Ədəbiyyat siyahısı

Homo Ludens; Статьи по истории культуры. / Пер., сост. и вступ. ст. Д. В. Сильвестрова; Коммент. Д. Э. Харитоновича. — М.: Прогресс — Традиция, 1997. — 416 с. ISBN 5-89493-010-3 Ершова А.П., Букатов В.М. Режиссура урока, общения и поведения учителя: (Педагогика как практическая режиссура).— Москва-Воронеж: МПСИ, МОДЕК, 1995.— 269 с. Букатов В.М., Ершова А.П. Я иду на урок: ХРЕСТОМАТИЯ игровых приемов обучения: Книга для учителя.— М.: Первое сентября., 2000.— 221с. Гнатюк О. Л. Основы теории коммуникации. — М.: КНОРУС, 2010. — 256 с. ISBN 978-5-406-00229-2 Зиновкина М. М. Педагогическое творчество / Модульно-кодовое учебное пособие. — М.: МГИУ, 2007. — 258 с. Попов А. В. Маркетинговые игры. Развлекай и властвуй. — М.: Манн, Иванов, Фербер, 2006. — 320 с. ISBN 5-902862-22-1 Соловейчик С. Учение с увлечением. — М.: Детская литература, 1979. — 176 с. Столяренко Л. Д. Основы психологии. — М.: Проспект, 2010. — 464 с. — ISBN 978-5-392-00792-9 Букатов В.М. Секреты дидактических игр: психология, методика, дисциплина. — СПб,: Речь; М.: Сфера, 2010. — 203 с. Дьяконова О.О., Букатов В.М. Из истории дидактики: эдьютейнмент в образовании взрослых и интерактивные технологии обучения в современной школе // European Social Science Journal.— 2014. № 11-1 (50).— С. 279-288. Фрига С.В., Букатов В.М. Слагаемые современного подхода к повышению уровня педагогической компетентности среди пользователей социальных сетей // Общее и особенное в культурах и традициях народов: Материалы Международной научно-практической конференции (Москва, 2017).— М., Изд. МПСУ.— С. 55-62. Addis M. New technologies and cultural consumption. Edutainment is born. — Bocconi University: Marketing Department, 2002. — 13 p. De Vary Sh. Educational Gaming. Interactive Edutainment. Distance learning // For Educators, Trainers and Leaders. — 2008. — Vol. 5. — Iss. 3. — Number 3. — Boston, Information Age Publishing. — Р. 35—44. Donovan R., Henley N. Principles and Practice of Social Marketing, an International Perspective. — Cambridge: Cambridge Univ. Press, 2010. — 504 р. Macmillan English Dictionary for Advanced Learners. — London: Bloomsbury Publ. Plc., 2006. — 1692 p. Wang, Ya. Edutainment technology — a new starting point for education development of China // Section T1B-5, 37th ASEE/IEEE Frontiers in Education Conference, 2007. — WI, Milwaukee. — Р. 10—13. Михайленко Т. М. Игровые технологии как вид педагогических технологий [Текст] // Педагогика: традиции и инновации: материалы Междунар. науч. конф. (г. Челябинск, октябрь 2011 г.).Т. I. — Челябинск: Два комсомольца, 2011. — С. 140-146. — URL https://moluch.ru/conf/ped/archive/19/1084/

Xarici keçidlər

Эдьютеймент: дидактические уроки игровых инноваций в образовании взрослых.— [Как в прошлом веке банковские работники отказались слушать скучные лекции на курсах переподготовки и что из этого получилось]  Сущность и содержание понятия «эдьютейнмент» в отечественной и зарубежной педагогической науке [Эдьютеймент-проект «Ежедневного САМОУЧИТЕЛЯ» в Инстаграме].– Слагаемые современного подхода к повышению педагогической компетентности среди пользователей социальных сетей (2017)

Kateqoriya:Pedaqoji texnologiyalar Kateqoriya:Maarifləndirici materiallar Kateqoriya:Maarifləndirici proqram təminatları Kateqoriya:Maarifləndirici texnologiya Kateqoriya:Əyləncə Kateqoriya:Pedaqogika Kateqoriya:Videooyun terminologiyası Kateqoriya:Sistemli yanaşma Kateqoriya:Kommunikativ dizayn Kateqoriya:Oyun vasitəsilə öyrənmə