Əmir-Abbas Hüveyda (; ) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqust 1977-ci il tarixinədək İranın baş naziri. 13 ilə yaxın İran Baş Naziri olaraq İran tarixində ən çox bu vəzifəni tutan şəxsdir.
Paris və Brüsseldə siyasi elmlər üzrə təhsil aldıqdan sonra İrana qayıtmış və hərbi xidmətə yollanmışdır. Daha sonra İran Xarici İşlər Nazirliyinə daxil olmuş, daha sonralar Paris (1945–1947), Bonn (1947–1952) və Ankaradakı (1957) İran səfirliklərində, BMT-də (1951–1957) çalışmışdır. 1958-ci ildə İran Milli Neft Şirkətində idarə heyətinə üzv təyin olunmuşdur.
1963-cü ildə Yeni İran Partiyasının qurulmasında iştirak etmişdir. 1965-ci ildə dönəmin baş naziri Həsən Əli Mənsurun öldürülməsindən sonra baş nazir vəzifəsinə təyin olunmuşdur. Baş nazir olmaqla yanaşı ölkənin yeganə qanuni siyasi partiyası olan Yeni İran Partiyasının və daha sonra onun yerinə keçən Rastahiz (yenidən canlanma) partiyasının da rəhbəri olmuşdur. Bu dönəmdə İranla Qərb neft şirkətləri arasında müxtəlif müqavilələr imzalamağa başlamışdır.
Buna baxmayaraq, 7 avqust 1977-ci ildə İranda baş qaldıran etirzaların səbəbkarı olaraq görüldü və vəzifəsindən istefaya göndərildi, yerinə Cəmşid Amuzəgar gətirildi. 1978-ci ilin noyabrinda isə İranda əks-inqilabi qüvvələrə qarşı vuruşan şah yönümlü hərbi rejim tərəfindən ev həbsinə məhkum edildi. 1979-cu il inqilabında Ruhulla Xomeyninin hakimiyyətə gəlməsindən sonra 1979-cu ilin fevralinda təslim oldu. 2 ay sonra Ruhulla Xomeyninin tələbəsi olan Sadıq Xalxalinin rəhbərlik etdiyi İslami İnqilab Məhkəməsi tərəfindən güllələnərək edam olundu.
İstinadlar
Xarici keçidlər Əmir-Abbas Hüveyda haqqında səhifə (ingilis dilində)
Kateqoriya:İran baş nazirləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:İranın kişi siyasətçiləri Kateqoriya:İran yazıçıları Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:İranın Livandakı səfirləri Kateqoriya:Livandakı İran qürbətçiləri Kateqoriya:İranda siyasi məhbuslar Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:Farslar