Bakı Beynəlxalq Film Festivalı — 2004-cü ildən etibarən Bakı şəhərində keçirilən beynəlxalq film festivalı. Azərbaycanın ən uzun müddət davam edən film festivalıdır.
Festivalın filmləri 4 fərqli müsabiqədə dəyərləndirilir. Əsas mükafatı "Qızıl nar mükafatı"dır.
Tarixi Festival 2004-cü ildə Bakı şəhərində Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis olunub. Festival Müxtəlif illərdə START və BQFF adı ilə fəaliyyət göstərib. 2024-cü ildən Bakı Beynəlxalq Film Festivalı adlanır. Festivalın əsas mükafatı "Qızıl nar mükafatı"dır.
Proqramı Bakı Beynəlxalq Film Festivalı 2024-cü ilə qədər filmləri əsasən 3 müsabiqə ilə dəyərləndirib. Bunlar "Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi", "Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi" və "Yerli Qısametrajlı Film Müsabiqəsi" idi. 2024-cü ildən etibarən isə festivalda "Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi" də keçirilməyə başlanıb.
Bundan başqa festivalın müsabiqədənkənar bölmələri mövcuddur. "Dili bizim" bölməsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur. Son illər festivalda "British Council"lə əməkdaşlığın nəticəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən BAFTA mükafatına namizədlərin xüsusi nümayişi də keçirilir.
Mükafatları Festivalın qalibləri "Qızıl nar mükafatı", xüsusi mükafat və diplomla mükafatlandırılırlar. "Qızıl nar mükafatı" ilə "Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi"ndə "Ən yaxşı tammetrajlı film", "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari" nominasiyalarında və "Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi" və "Yerli Qısametrajlı Film Müsabiqəsi"ndə isə "Ən yaxşı bədii film" nominasiyası üzrə qalib gələnlər mükfatlandırılırlar.
Həmçinin bax XIII Bakı Beynəlxalq Film Festivalı XIV Bakı Beynəlxalq Film Festivalı XV Bakı Beynəlxalq Film Festivalı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı Beynəlxalq Film Festivalı