Fəth əl-Qədir () — Məhəmməd əş-Şəvkaninin Quran təfsiri.
Əsər Əsər Rəcəb ayında hicri 1229-cu (iyul 1814) ildə tamamlanmış olub, beş cilddən ibarətdir. Əsərin tam adı müqəddimədə "Fəthül-qədir əl-cəmi beynə fənnəyir-rəvayə vəd-dirayə min elmit-təfsir" şəklində qeyd edilmişdir.
Müəllif əsərdə dirayət və rəvayət metodlarından birgə istifadə etmişdir.
Əsərdəki metoda görə təfsir edilən surə haqqında əvvəlcə onun Məkki və ya Mədəni olması ilə bağlı izahlar verilir, ayələrin sayı göstərilir, nüzul səbəbinə və fəzilətinə dair rəvayətlər qeyd olunur, surənin (varsa) müxtəlif adları, bu adların mənaları və verilmə səbəbləri qeyd olunur.
Əsərdə, adətən, ayələr tək-tək təfsir olunmaq əvəzinə, mövzu baxımından bir-biri ilə əlaqəli olan bir neçə ayə birlikdə götürülərək izah edilmişdir.
Müəllif əsərdə Zeydiyyə və Sələfiyyə yaxın cizgilər də nümayiş etdirmişdir. Müəllif zəif və uydurma rəvayətlərə əsaslanaraq imamətlə bağlı olduğu iddia edilən ayələrdə Zeydi tələqqisinə yaxın görüşlər irəli sürmüşdür. Etiqadi məsələlərdə isə Sələfi düşüncəyə yaxın görüşlər nümayiş etdirmişdir. Belə ki, Allahdan kömək istəyərkən heç kimi vasitə etməmək gərəkdiyini söyləmiş, övliya, hətta peyğəmbərlərdən belə olsa başqasının vasitəçiliyinə güvənməyi və ondan kömək istəməyi şirk adlandırmışdır.
Əsər müxtəlif tarix (1964, 1966 və s.) və yerlərdə (Qahirə, Beyrut və s.) dəfələr nəşr edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni təfsirləri