Bonqo — Kuba zərb musiqi aləti. O, qoşa barabanları oturmuş vəziyyətdə, dizlərin arasında qoyularaq, barmaqlar və ovuc içi ilə ifa edilən alətdir.

Bonqolar XIX əsrin sonlarında Kubanın şərqindəki Oryente bölgəsində yaranmışdır. Onlar XVI əsrin ikinci yarısından etibarən İspanlar tərəfindən Karib adalarına gətirilən Afrika kölələrinin nəsilləri tərəfindən yaradılmışdır. Bonqolar XX əsrin əvvəllərində Kubada geniş yayılmış və son rəqs musiqisində istifadə edilmişdir. Onlar 1940-cı və 1950-ci illərdə mambo rəqsi ilə birlikdə dünya miqyasında ən yüksək populyarlıqlarına çatmışlar.

Alət bir-birinə bağlı olan baraban və bas barabanından ibarətdir. Barabn maço (ispanca maço sözündən, yəni kişi deməkdir), bas barabanı isə hembra (qadın deməkdir) adlanır. Barabanların qabığı (kadlo) dibinə doğru bir qədər daralmış, açıq və 17-22 sm hündürlükdədir.

Barban başlığının təxmini diametri 3 və 4 sm-dir (barabanlar üçün), daha kiçik modellərin ölçüləri 2 və 5 sm-dir. Ənənəvi bonqolarda dəri qabıq qabığa daimi olaraq bərkidilir. Səsin tonu qabığı od üzərində qızdırmaqla artır. Müasir bonqolarda dəri və ya plastik qabığın gərginliyi vintlər sistemi istifadə edilərək tənzimlənir.

Bonqolar oturmuş vəziyyətdə, barabanlar dizlər arasında saxlanılaraq və ya ayaq üstə xüsusi dayağa bərkidilmiş şəkildə çalınır. Baraban ifaçının bədəninin sol tərəfində, bas baraban isə sağ tərəfdə yerləşir. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Zərb musiqi alətləri