Cizre Ulu məscidi () — Türkiyənin Şırnak ilinin Cizrə ilçəsi mərkəzindəki Dağqapı məhəlləsində yerləşən tarixi ibadət yeri.

Məscid ilk dəfə VII əsrdə, İslam dininin Anadoluya gəlişinin ilk illərində kilsədən məscidə çevrilməklə qurulduğu güman edilir. 1155-ci ildə dairəvi gövdəli düzbucaqlı baza üzərində tikilmiş minarə dəfələrlə təmir edilib. Onun metal qapısı və oyma sənətinin zərif nümunəsi olan əjdaha fiqurlu bürünc qapı döymələri binanı digər tikililərdən fərqləndirir. XIII əsrə aid olan monumental darvaza və toxmaqlardan biri hazırda İstanbuldakı Türk və İslam Sənəti Muzeyindədir. Digər qapı toxmağı 1969-cu ildə ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılıb.

Tarixi VII əsrdə, İslam dininin Anadoluya gəlişinin ilk illərində bu tikili kilsədən məscidə çevrilmişdir. Məscidin səkkiz kitabəsi var. Bu kitabələrdən məscidin Abbasilər dövründə təmir olunduğunu, 1160-cı ildə Zəngilər atabəyi Baz Şahın oğlu Əmir Əli Səncər tərəfindən yenidən tikildiyi, 1203 və 1284-cü illərdə də təmir edildiyi öyrənilmişdir. Məscid 1946-cı ildə Cümhuriyyət dövründə də təmir edilmiş və 2007-ci ildə Vəqflər Baş İdarəsi tərəfindən bərpa edilmişdir. Vəqflər Baş İdarəsi tərəfindən 2007-ci ildə aparılan bərpa işlərinin orijinal quruluşa uyğun olmadığı müəyyən edildikdən sonra, valilik tərəfindən hazırlanan "Nuh şəhəri dirçəlir" layihəsinin bir hissəsi olaraq 2013-cü ildə də bərpa edilmişdir.

Bina 2020-ci ildə təmir üçün yenidən ibadətə üçün bağlanıb.

Memarlığı Kəsmə daşdan tikilmiş düzbucaqlı bina günbəzlə örtülmüşdür. Şimalında həyət və mədrəsə otaqları, şimal fasad divarında isə təməl üzərində ucalan kərpic minarəsi var. Aşağıdan yuxarıya doğru daralan minarənin eyvanı yoxdur; konik günbəzlə bitir və yeganə bəzəyi dörd tərəfindəki çini panellərdir. Həyətin mərkəzində günbəzlə örtülmüş altıbucaqlı bulaq da var. Məscidə mədrəsə otaqları ilə əhatə olunmuş həyətdən yeddi darvazadan daxil olmaq mümkündür. Məscidin məşhur monumental darvazası bu yeddi darvazanın mərkəzidir.

Əsas giriş qapısı Məscidin əsas giriş qapısı, XIII əsrə aid olan, taxta üzərində misdən həndəsi naxışlarla bəzədilmiş, bürünc lövhələrlə örtülmüş tunc lövhələrlə bəzədilib. Qapı kənarlarının hər iki tərəfində bir-birinin altında düzülmüş mərkəzində 12 guşəli ulduz olan üç medal vardır. Qapı toxmaqları Qapıdakı bürünc qapı toxmağı aslan başı formasındadır. Üzəri oyma texnikası ilə bəzədilib. Bu qapı toxmaqlarının dövrün fizik və rəssamı Əl-Cəzərinin əsəri olduğu düşünülür. Bu toxmaqlardan biri 1969-cu ildə ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılıb, Kopenhagendəki David Samlinq Muzeyindədir. Digəri isə 1976-cı ildən bəri İstanbul Türk və İslam Sənəti Muzeyində nümayiş olunur.

İstinadlar

Kateqoriya:Türkiyə məscidləri