Kəşfüz-Zünun () — Katib Çələbinin biblioqrafik əsəri.
Əsər
Ad Əsərin adının ilkin forması "Kitabu İcmalil-füsul vəl-əbvab fi tərtibil-ülum və əsmail-kitab" şəklində olub. Müəllif kitaba etdiyi əlavələrdən sonra əsərin adını "Kəşfüz-Zünun ən əsamil-kütub vəl-fünun" olaraq dəyişdirib.
Məzmun Əsərin mövzusu kitablarla yanaşı elmlərin sayılması və təsnifatından ibarətdir.
"Kəşfüz-Zünun"da 15 minə yaxın kitab və risalə, 10 minə yaxın müəllif, 300-dən çox elm sahəsi haqqında məlumatlar vardır.
Nəşr və əlavələr Əsər müxtəlif vaxtlarda zəyillər (əlavələr) edilmişdir. Bunlardan biri də Bağdadlı İsmayıl Paşanın əlavəsi "İzahul-məknun fiz-zəyli alə Kəşfiz-Zünun ən əsamil-kütub vəl-fünun"dur.
Əsər müxtəlif tarix (1835, 1967, 1992 və s.) və yerlərdə (Leypsiq, Beyrut, Tehran və s.) nəşr edilmişdir.
Həmçinin bax Hədiyyətül-Arifin
İstinadlar
Kateqoriya:Sünni ədəbiyyatı