Şirin Ebadi (; ) — İran hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı.

Həyatı 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur.

Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir.

Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb.

Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edibAzərbaycanlı Nobel mükafatçısının diplomu və medalı əlindən alınıb .

Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.

Norveçin XİN-yi İran səfirinə bununla bağlı nota təqdim edib.

2012-ci ilin oktyabr ayında vəkil, hüquq müdafiəçisi, məhbus xanım Nəsrin Setude (məhbus rejissor Cəfər Pənahi ilə birqə) İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdikləri fəaliyyətə görə, Avropa Parlamenenti tərəfindən Andrey Saxarov adına "Düşüncə azadlığına görə" mükafatı ilə təltif olunmuşdur. 2012-ci il dekabrın 12-də Nəsrin Setude yığıncaqda iştirak edə bilmədiyindən mükafat Şirin Ebadiyə təqdim olunmuşdur.

İstinadlar

Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Həmədanda doğulanlar Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Tehran Universitetinin məzunları Kateqoriya:İranlı Nobel mükafatı laureatları Kateqoriya:İran feministləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:İran hüquqşünasları Kateqoriya:İran yazıçıları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Hakimlər Kateqoriya:XX əsr İran şəxsləri Kateqoriya:İran ali təhsil müəssisələrinin müəllimləri Kateqoriya:İran hakimləri Kateqoriya:İran yəhudiləri Kateqoriya:İranda siyasi məhbuslar Kateqoriya:İranlı şiə müsəlmanları Kateqoriya:Pasifistlər Kateqoriya:Şiələr Kateqoriya:Uşaq hüquqları