Gentrifikasiya — daha varlı sakinlərin axını və investisiya nəticəsində bir məhəllənin xarakterinin dəyişdiyi proses. define gentrification as "the transformation of a working-class or vacant area of the central city to a middle class residential and/or commercial use". Gentrifikasiya anlayışının qəbul edilmiş vahid tərifi yoxdur. İctimai diskursda bu termin bəzən mənfi çalarla, geniş fenomenlər toplusunu təsvir etmək üçün istifadə olunmuşdur.
Gentrifikasiya şəhər siyasəti və planlaşdırmasında geniş yayılmış və mübahisəli mövzudur. Gentrifikasiya çox vaxt bir məhəllənin iqtisadi dəyərini artırır, lakin demoqrafik tərkibin dəyişməsi və mövcud sakinlərin yerindən çıxarılması ehtimalına görə mübahisələrə səbəb ola bilər. Metropoliten ərazilərdə mənzil çatışmazlığı və daşınmaz əmlak dəyərlərinin artması şəraitində gentrifikasiyanın baş vermə ehtimalı daha yüksəkdir.
Gentrifikasiya prosesi adətən qonşu şəhərlərdən, qəsəbələrdən və ya məhəllələrdən olan yüksək gəlirli şəxslərin bir əraziyə artan marağı nəticəsində baş verir. Sonrakı mərhələlərə daşınmaz əmlak inkişafı ilə məşğul olan şirkətlər, yerli hökumət və ya icma fəalları tərəfindən icmaya və əlaqəli infrastruktura qoyulan investisiyaların artması, bunun nəticəsində iqtisadi inkişaf, biznes üçün cəlbediciliyin yüksəlməsi və cinayət səviyyəsinin azalması daxildir. İstinadlar
Kateqoriya:Gentrifikasiya Kateqoriya:Şəhər iqtisadiyyatı Kateqoriya:Cəmiyyət Kateqoriya:Demoqrafiya Kateqoriya:Əmlak Kateqoriya:Sosial problemlər