Sivas Cümhuriyyət Universiteti (əvvəlki adı ilə Cumhuriyyət Universiteti) — Respublikanın yaradılmasının 50-ci ildönümünə həsr olunaraq, 9 fevral 1974-cü ildə 1788 saylı qanunla Sivasda 11 000 akr ərazi üzərində yaradılmışdır. Universitet 1974-cü ildə tibb fakültəsi ilə təhsil verməyə başlamışdır. Hazırkı rektoru Prof. Dr. Əhməd Şənkönüldür.

Kampus Sivas mərkəzindən 5 km uzaqlıqda yerləşir."Sivas Cumhuriyet Üniversitesi Yerleşkesi". www.cumhuriyet.edu.tr. Sivas Cumhuriyet Üniversitesi. 3 Nisan 2019 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 20 Ağustos 2020. Kampusa nəqliyyat şəhər avtobusları ilə təmin edilir. Kampus daxilində kitabxana, kafe, restoran, yataqxana, market, sağlamlıq məntəqəsi, idman zalı kimi müəssisələr və xidmətlər mövcuddur.

2024-cü il etibarilə universitetin 51 586 qeydiyyatda olan tələbəsi vardır."Öğrenci İşleri Daire Başkanlığı - Sivas Cumhuriyet Üniversitesi" . cumhuriyet.edu.tr. 2023 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 23 Temmuz 2024.

Tərkibi

Fakültələr

Tibb fakültəsi 1974-cü ildə Türkiyənin 50-ci ildönümünə həsr olunaraq yaradılan bu fakültədə nəzəri və praktik dərslər keçirilir. Tələbələr ilk 3 semestrdə nəzəri dərslər alır, növbəti 3 semestr isə Cümhuriyyət Universiteti Təhsil və Tədqiqat Xəstəxanasında praktik məşğələlər aparırlar. Keçid üçün tələb olunan ortalama bal həmin semestr üçün 60-dır. Semestr üzrə müxtəlif sayda imtahanlar keçirilir. İlin sonunda ortalama balı 60-dan aşağı olan tələbələr növbəti semestra keçə bilməzlər.

Cərrahi tibb elmləri Əsas ixtisas şöbələri

Anesteziyologiya və reanimasiya Beyin və sinir cərrahiyyəsi Uşaq cərrahiyyəsi Ümumi cərrahiyyə Döş cərrahiyyəsi Göz xəstəlikləri Qadın xəstəlikləri və doğum Ürək və damar cərrahiyyəsi Qulaq, burun və boğaz xəstəlikləri Ortopediya və travmatologiya Patologiya Plastik, rekonstruktiv və estetik cərrahiyyə Urologiya

Daxili tibb elmləri Əsas ixtisas şöbələri

Forensik tibb Ailə həkimliyi Uşaq sağlamlığı və xəstəlikləri Dəri xəstəlikləri Yoluxucu xəstəliklər Fiziki tibb və reabilitasiya Ağciyər xəstəlikləri və tuberkulyoz İctimai sağlamlıq Daxili xəstəliklər Kardiologiya Nevrologiya Nüvə Tibb Psixiatrı Radioterapiya onkologiyası Radiologiya Tibb genetikası

Əsas tibb elmləri Əsas ixtisas şöbələri

Anatomiya Biofizika Bioistatistika Biokimya Deontologiya və tibb tarixi Fiziologiya Histologiya və embriologiya Mikrobiologiya Parazitologiya Patologiya Tibb biologiyası Tibb farmakologiyası Tibb təhsili

Baytarlıq fakültəsi

Diş həkimliyi fakültəsi

Hüquq fakültəsi

İqtisadiyyat və idarəetmə elmləri fakültəsi

İxtisaslar:

Maliyyə və bankçılıq Əmək iqtisadiyyatı və sənaye münasibətləri Ekonometriya İqtisadiyyat Biznesin idarə edilməsi Siyasi elmlər və dövlət idarəçiliyi Maliyyə Beynəlxalq ticarət və logistika İdarəetmə informasiya sistemləri

Memarlıq, gözəl sənətlər və dizayn fakültəsi

İxtisaslar:

Memarlıq Qrafik sənət Şəhər və region planlaşdırılması

Mühəndislik fakültəsi

İxtisaslar

Kompüter mühəndisliyi Sənaye mühəndisliyi Elektrik-elektronika mühəndisliyi Geomatik mühəndisliyi Qida mühəndisliyi Xəritə mühəndisliyi İnşaat mühəndisliyi Maşın mühəndisliyi Nanotexnologiya mühəndisliyi Kimya mühəndisliyi Geologiya mühəndisliyi

Təhsil fakültəsi

İxtisaslar:

İbtidai riyaziyyat müəllimliyi Sosial elmlər müəllimliyi Məktəbəqədər təhsil müəllimliyi Türk dili müəllimliyi Məsləhət və psixoloji məsləhət Sinif müəllimliyi Təbiət elmləri müəllimliyi İngilis dili müəllimliyi

Elm fakültəsi

İxtisaslar:

Biologiya Biokimya Fizika Kimya Riyaziyyat Molekulyar biologiya və genetika Statistik və kompüter elmləri

Ədəbiyyat fakültəsi

İxtisaslar:

Fəlsəfə Psixologiya Sosial iş Sosiologiya İncəsənət tarixi Tarix Alman dili və ədəbiyyatı Fransız dili və ədəbiyyatı İngilis dili və ədəbiyyatı İngilis və fransız dillərində tərcüməçilik Türk dili və ədəbiyyatı Müasir türk dialektləri və ədəbiyyatları Türk folkloru

İlahiyyat Fakültəsi

Turizm Fakültəsi

İxtisaslar:

Turizm idarəçiliyi Qastronomiya və mətbəx sənətləri

Texniki təhsil fakültəsi

İxtisaslar:

Maşın təhsili Elektronika və kompüter təhsili

Sağlamlıq elmləri fakültəsi

İxtisaslar:

Qidalanma və dietetika Mamaçılıq Tibb bacılığı Fizioterapiya və reabilitasiya Sağlamlıq idarəçiliyi

Kommunikasiya fakültəsi

İxtisaslar:

Radio, televiziya və kino Jurnalistika İctimai əlaqələr və tanıtım Media və kommunikasiya

Texnologiya fakültəsi

İxtisaslar:

Mekatronika mühəndisliyi

Əczaçılıq fakültəsi

Kolleclər

Suşəhəri Sağlamlıq Kolleci Şarqışla Tətbiqi Elmlər Kolleci Xarici Dillər Kolleci Zara Veysel Dursun Tətbiqi Elmlər Kolleci

İnstitutlar

Təhsil Elmləri İnstitutu Təbii Elmlər İnstitutu Sağlamlıq Elmləri İnstitutu Sosial Elmlər İnstitutu

Peşə məktəbləri

Respublika Sosial Elmlər Peşə Məktəbi Divriği Nuri Dəmirağ Peşə Məkətbi Gəmərək Peşə Məktəbi Gürün Peşə Məktəbi Hafiq Kəmır Örnək Peşə Məktəbi İmranlı Peşə Məktəbi Kanqal Peşə Məktəbi Koyulhisar Peşə Məktəbi Sağlamlıq Xidmətləri Peşə Məktəbi Sivas Texniki Elmlər Peşə Məktəbi Suşəhəri Yeybur Qarabal Peşə Məktəbi Şarqışla Aşıq Veysəl Peşə Məktəbi Yıldızəli Peşə Məktəbi Zara Əhməd Çuhadaroğlu Peşə Məktəbi

Konservatoriyalar

Türk Musiqisi Dövlət Konservatoriyası

Rektorlar

Prof. Dr. Müvəffəq Ağman (1974–1978) Prof. Dr. İbrahim Alov (1978–1980) Prof. Dr. Ərfüz Ədgüər (1981) Prof. Dr. Mahir Təvrüz (1982) Prof. Dr. Müvəffəq Ağman (1982–1992) Prof. Dr. Asim Gültəkin (1992–1996) Prof. Dr. Fərid Qoçoğlu (1996–2004) Prof. Dr. Məhməd Bakir (2004–2008) Prof. Dr. İlyas Dökmətaş (2008–2012) Prof. Dr. Fərrux Qocaçıq (2012–2016) Prof. Dr. Alim Yıldız (2016–2024) Prof. Dr. Əhməd Şənkönül (2024 – davam edir)

Xarici əlaqə Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler 15 Şubat 2019 tarihinde Wayback Machine sitesinde arşivlendi. kunib.com

İstinadlar

Kateqoriya:Türkiyə universitetləri