Mübin Orhon () — Türkiyə rəssamı.

Həyatı Mübin Orhon 1924-cü ildə İstanbul şəhərində anadan olmuşdur. 1942-ci ildə daxil olduğu Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindəki təhsilini 1947-ci ildə başa vurmuşdur. 1948-ci ildə Parisə getmiş, Sorbon Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili almağa başlamışdır. Parisdə olduğu dövrdə sənətə yönəlmiş, 1954-cü ilə qədər Böyük Şomye Akademiyasında desen üzrə çalışmalar aparmışdır. İlhan Koman, Şadi Çalıq və Sadi Öziş ilə birlikdə Abstrakt Sənət Atelyesini təsis etmişdir. 1950-ci illərin ikinci yarısında onun yaradıcılığında həndəsi-abstrakt üslub tədricən yerini ləkəvi dəyərlərin ön plana çıxdığı bədii anlayışa vermişdir. 1964–1968-ci illər arasında Türkiyədə yaşadıqdan sonra yenidən Parisə qayıtmış və 1981-ci ildə vəfatınadək burada fəaliyyətini davam etdirmişdir. 1968-ci ildə Parisə dönüşündən sonra lirik-abstrakt üslubu geridə qoyaraq monoxrom işlərə yönəlmişdir. 1975-ci ildən 1981-ci ildə vəfatınadək yaratdığı həndəsi abstraksiyalar onun yaradıcılığının yetkinlik dövrünü təşkil etmişdir.

Yaradıcılığı Həndəsi-abstrakt işlərindən sonra Paris Məktəbi rəssamları ilə səsləşən ləkəvi yanaşmanı mənimsəmiş, boyanı müxtəlif intensivliklərdə tətbiq edərək faktura dəyərlərini ön plana çıxarmışdır. Səth üzərində apardığı araşdırmalar onu dinamik fırça hərəkətlərinə istiqamətləndirmişdir. Sonrakı mərhələdə boyanı durulaşdıraraq kətan üzərində axıcılıq yaradan işlərə üstünlük vermişdir. 1970-ci illərdə Şərq fəlsəfəsinin təsiri ilə monoxrom əsərlər yaratmışdır. Daha sonra üfüqi və şaquli istiqamətli fırça izləri və qaşıma texnikası ilə bir sıra işlər ərsəyə gətirmişdir. 1978-ci ildən etibarən isə əsərlərində yarığı xatırladan şaquli xətt motivi üzərində cəmlənmişdir.

Fərdi sərgilər

2001 Milli Reasürans Sanat Galerisi, İstanbul 1998 Galeri Nev, Ankara ve İstanbul (Komet'le birlikte) 1997 Galeri Nev, Ankara 1996 “Robert ve Lisa Sainsbury Koleksiyonu”, Yapı Kredi Kazım Taşkent Sanat Galerisi, İstanbul Galeri Nev İstanbul, İstanbul 1992 Galeri Nev Ankara ve İstanbul 1986 Maçka Sanat Galerisi, İstanbul 1982 Maçka Sanat Galerisi, İstanbul 1979 Galata Sanat Galerisi, İstanbul Maçka Sanat Galerisi, İstanbul 1975 “6 peintures 1960”, Galerie Lucien Durand, Paris 1967 Butik Melda, İstanbul 1964 “paintings” Couper Gallery, Londra 1961 “gouaches sur papier” Galerie Lucien Durand, Paris 1960 “peintures” Galerie Lucien Durand, Paris 1959 Galerie Diderot, Paris Galerie Lucien Durand, Paris 1958 Galerie Saint-Laurent, Brüksel 1957 “Peintures et collages”, Galerie Iris Clert, Paris 1956 “Peintures”, Galerie Iris Clert, Paris

İstinadlar

Kateqoriya:Türkiyə rəssamları