Röya Seyfəddin qızı Tağıyeva (d. ) — Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, professor, sənətşünaslıq elmləri doktoru.
Həyatı Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır.
İş təcrübəsi 1967–1972-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kiçik elmi işçisi 1972–1978-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin böyük elmi işçisi 1978–1979-cu illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi 1979–1982-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-tədqiqat şöbəsinin müdiri 1982-ci ildə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-ekspozisiya şöbəsinin müdiri 1982–2016-cı illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri 2016-cı ildən "NUR Art House" qalereyasının direktoru
Elmi nəşrlər və publikasiyalar Xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğatına həsr olunmuş 200-dən çox elmi əsərin, konsepsiyalar və layihələr, elmi-sənədli filmlərin ssenarisi, dərsliklər, və d. müəllif olduğu nəşrlərin sırasında rus, ingilis, çex, ərəb, fransız dillərdəmonoqrafiyalar, kitablar — "Декоративно-прикладное искусство Азербайджана" (rus dilində — 1986), "Сюжетные ковры Азербайджана" (rus dilində — 1988), "Ковровые образы Низами" (rus dilində — 1991), "Azərbaycan xalçası" (azərbaycan və ingilis dilində — 1999), "Lətif Kərimov fenomeni" (2006), "Azərbaycan xalçası məişətdə" (2006), "Az Azerbajdzsani szönyeg" (macar dilində-2011), " السجادةالأذربيجانية " (ərəb dilində-2011), "The land of the eternal fire Tradition of the Azerbaijani Carpet " (ingilis dilində — 2012), "Nizami obrazları xalçalarda" (miniatür kitab–2013), "Azərbaycan Xalçası Ensiklopediyası"(I cild-2015),"Azərbaycan Xalçası Ensiklopediyası"(II cild-2015), "Azerbaijani Carpet Encyclopedia"(ingilis dilində-2017) və s.
Təşkilatlarda üzvülük 1988-ci ildən — Azərbaycan Rəssamlar İttifaqının üzvü
1992–2016 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində ekspert komissiyasının sədri
1993–2016 — Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti (ICOM/ YUNESKO);
2005–2015 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü
2000-ci ildən — "Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü
2001-ci ildən — Vaşinqton "Tekstil Muzeyi"- nin üzvü
2002–2004 — Açıq Cəmiyyət İnstitutu — Azərbaycan Yardım Fondunun eksperti
2003-cü ildən — Avropa Tekstil Şəbəkəsinin üzvü
2010-cu ildən — "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və bu günədək sədri
2010-cu ildən — Beynəlxalq Rəssamlar Fondunun üzvü
2010-cu — YUNESKO/MFQS "XXI əsrin muzey idarəetməsi" proektində beynəlxalq eksperti
2011-ci ildən — ICOC -un (Şərq Xalçaları üzrə Beynəlxalq Komitəsinin) üzvü
2011-ci ildən — Avropa Muzeylər Forumunun Milli Koordinatoru
2013-cü ildən — ICOM-un Asiya — Sakit Okean Regionu üzrə Birliyinin (ASPAC) İdarə Heyətinin üzvü.
2015-ci ildən — Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dissertasiya şurasının üzvü.
2017-ci ildən — Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü.
Beynəlxalq programlarda iştirak 2000 — BP-AMOСO Fellowship Program
2004-IREX Regional Scholar Exchange Program
2006–2007 –International Partnership Among Museums (IPAM) , Amerika Muzeyləri Asosiasiyasının programı
2009–2011 — A-MUSE-All International museum project of DVV international
Mükafatlar 1999 — Rusiya Federasiyasının Prezidenti tərəfindən ordeni "Dostluq" ilə Millətlərarası xoş qonşuluq əlaqələrinin yaranmasında, sülhün möhkəmləndirilməsində muzeyin inkişaf etdirilməsində göstərdiyi fəaliyyətinə görə təltif edilmişdir.
2000 — Səmərəli elmi nailiyyətin nəticəsi kimi "Azərbaycan xalçası" kitabının nəşrinə nail olduğuna görə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" mükafatı ilə təltif edilmişdir.
2003 — "Vektor" Beynəlxalq Elmi Mərkəzinin mükafat komissiyasının qərarı ilə "XXI əsrin tanınmış xanımları" Beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış xanımları" Beynəlxalq diplomu ilə təltif edilmişdir.
2005 — Muzey işi sahəsində xidmətlərinə, Azərbaycan xalça sənətinin tədqiqi və təbliğində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2006 — Rusiya Federasiyası ICOM-un "Şərəf nişanı" ilə təltif edilmişdir.
2006 — Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin "Mədəniyyətin inkişafına verdiyi töhfəsinə görə" fəxri fərmanı ilə təltif edilmişdir.
2006 — Azərbaycan Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
2008 — Muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2010 — Azərbaycanda tətbiqi sənət mədəniyyətinə və "Simurq" Azərbaycan mədəniyyət Assosiyasının fəaliyyətinə dəstəyə görə "Simurq" Beynəlxalq medalı ilə təltif edilmişdir.
2011 — Elm və Sənətə olan xidmətlərinə görə Türkiyənin Səlcuk Universiteti Səlcuk Araşdırmaları Mərkəzi tərəfindən "Elm və Sənətə xidmət mükafatı" ilə təltif edilmişdir.
2011 – Kütləvi İnformasiya Vasitələri işçilər Birliyin Prezidium qərarı ilə "Azərbaycan bayrağı" laureatı diplomuna layiq görülmüşdür.
2012 –Azərbaycan media tərəfindən həyata keçirilən sorğunun nəticələrinə əsasən "İlin Patriot -qadını" adı ilə təltif edilmişdir.
2012 – VI Beynəlxalq Konqresin təşkili üçün eləcə də elm və incəsənətə böyük töhfə verdiyinə görə Türkiyənin Selcuk Universitetinin Elmi-tətqiqatlar mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Türkiyə. Konya.
2012-ci ildə Fransanın Mədəniyyət Nazirliyinin İncəsənət və Ədəbiyyat sahəsi üzrə Kavaler ordeni ilə təltif edilmişdir
2013 — Rusiya Incəsənət Akademiyanın "Məhsuldar əməyinə görə" təşəkkür diplomuna layiq görülmüşdür.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva "Şöhrət" ordeni ilə təltif edilib.
2017 — Avropa Təbii Elmlər Akademiyasının "Dostluq" ordeni ilə təltif edilib.
31 dekabr 2024-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
İştirak etdiyi və məruzəçi kimi ştirak etdiyi konfranslar, simpoziumlar və sərgilər 1983 — Şərq xalça sənəti üzrə I Beynəlxalq Simpozium. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
1988 — Şərq xalça sənəti üzrə II Beynəlxalq Simpozium. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
1996 — Fars xalçalarına həsr olunmuş Beynəlxalq konfrans. İran İslam Respublikası, Tehran (məruzəçi)
1996 — YUNESKO-nun xətti ilə keçirilən Füzulinin 500 illik yubileyinə həsr olunmuş tədbir. Fransa, Paris (məruzəçi)
1997 — IV Beynəlxalq Türk Mədəniyyəti konfransı. Türkiyə, Ankara(məruzəçi)
2000 — "Azərbaycan Xalçası" kitabının təqdimatı. Luvr muzeyinin kitab sərgi salonu. Fransa, Paris (müəllif kimi)
2000 — Asiya Mədəniyyətini muzeylərdə təqdimi üzrə Beynəlxalq Seminar. Britaniya, London(məruzəçi)
2000 — Beynəlxalq Muzeylər forumu. Fransa, Paris(məruzəçi)
2001 — YUNESKO-nun milli sərvətlərin qorunmasına dair beynəlxalq – hüquqi normativ aktlara həsr edilmiş Milli konfrans-seminar. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2002 — Xalça ekspertlərinin milli sərvətlərin qorunmasına dair seminarı. Avstriya, Vyana (məruzəçi)
2002 — Böyük İpək Yolu "Avrasiya Mədəniyyətlərinin dialoqu". Beynəlxalq konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2002 — Avropa Şurasının və Avropa Birliyinin "Avropa, ümumi irs" proqramı çərçivəsində, "Mədəni irs xalçalarda" mövzusunda elmi praktiki konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2002 — "Muzeylər, qeyri-maddi irs və qlobalizasiya" mövzusunda Beynəlxalq konfrans. Çin, Şanxay(məruzəçi)
2002 — Mədəni dəyərlərin qeyri-qanuni dövriyyəsinə həsr olunmuş Beynəlxalq konfrans. Rusiya, Moskva(məruzəçi)
2002 — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Milli Komitəsi və Fransa səfirliyi ilə birgə keçirilmiş "Açıq muzey: muzey menecmenti yeni yüzillikdə" Beynəlxalq tədris seminarı. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — Azərbaycan xalçası və xalq tətbiqi sənəti üzrə III Beynəlxalq Simpozium. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — "Menecment sahəsində muzeyin problemləri" məsələsinə həsr olunmuş, YUNESKO–Fransa, ICOM – İngiltərə nümayəndələrinin iştirakı ilə dəyirmi masa. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — Haaqa Konvensiyasının implementasiyası üzrə komissiyanın işinə həsr olunmuş Beynəlxalq konfrans. Belarusiya, Minsk(məruzəçi)
2003 — İçəri şəhərin problemlərinə həsr olunmuş konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2003 — Böyük İpək Yoluna həsr olunmuş Beynəlxalq Simpozium. Yaponiya, Nara(məruzəçi)
2003 — "GUАМ ölkələri Mədəniyyətlərarası dəhlizi" mövzusunda Beynəlxalq konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2004–1954-cü il YUNESKO-nun "Silahlı münaqişə zamanı milli sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının 50 illiyinə həsr olunmuş dəyirmi masa. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
2004 — Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında" konvensiyasına həsr olunmuş Beynəlxalq Konfrans. Azərbaycan, Bakı(təşkilat komitəsinin sədri, məruzəçi)
2004 — "Mədəni sərvətlər toxunulmazdır" mövzusunda Beynəlxalq konfrans. Rusiya, Moskva(məruzəçi)
2005 — Qacarlar dövrünün dahi rəssamı Soltan Məhəmmədə həsr olunmuş Beynəlxalq konfrans. İran İslam Respublikası. Təbriz , Tehran(məruzəçi)
2005 — "Azərbaycanda gender haqları" mövzusunda konfrans. Azərbaycan, Bakı(iştirakçı)
2005 — "Şifahi irs – əşyalar danışa bilərmi?" mövzusunda Beynəlxalq konfrans (ICME). Misir, Nafplion(məruzəçi)
2005 — VI Uluslararası Türk Kültür Konqresi. Türk Kültürünün Dünya Kültürlerine Etki və Katkıları. Türkiyə, Ankara(məruzəçi)
2006 — "Bizim muzey, bizim cəmiyyət: bizim əməkdaşımız" II Regional konfrans. Rumıniya, Buxarest(məruzəçi)
2007 — Şərq xalçaları üzrə XI Beynəlxalq konfrans (ICOC). Türkiyə, İstanbul(məruzəçi)
2007 — XXXVIII Beynəlxalq Konqress (ICANAS). Türkiyə, Ankara (məruzəçi)
2007 — YUNESKO-nun Baş Qərargahında Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş Azərbaycan xalça sənəti üzrə IV Beynəlxalq Simpozium. Fransa, Paris(təşkilat komitəsinin üzvü, məruzəçi)
2008 — YUNESKO-nun Baş Qərargahında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə konvensiyaya üzv ölkələrinin Baş Assambleyasının II sessiyası. Fransa, Paris (YUNESKO-nun Eksperti kimi, məruzəçi)
2008 — "Azərbaycan Odlar və xalçalar diyarı" Boqdan və Varvara Xanenkovlar adına İncəsənət Muzeyində sərgi, "Muzeylərdə Şərq ölkələrinin incəsənət abidələrinin öyrənilməsi, bərpası və təqdimatı" konfrans. Ukrayna, Kiyev(məruzəçi)
2009 — "Səlcuk dövrünün ədəbiyyat və mədəniyyəti ". Türkmənistan, Aşqabad (məruzəçi)