Samir İbrahimov (; ) — qılıncoynatmanın sablya növü ilə məşğul olmuş SSRİ qılıncoynadanı. SSRİ əməkdar idman ustası. Məşqçi.

Həyatı 12 may 1964-cü ildə anadan olub. Azərbaycan SSRİ qılıncoynatma məktəbinin yetirməsidir. Şəxsi məşqçisi Oqtay Şahverdiyev olub.

1990-cı ildə Lionda keçirilmiş dünya çempionatında sablya ilə komanda yarışında Mindirqasov, Alşan, Poqosov və Kiriyenko ilə birlikdə qızıl medal qazanıb. Bir il sonra Budapeştdə baş tutmuş dünya birinciliyində eyni növdə komanda yarışında Kiriyenko, Alşan, Quttsayt və Şirşov ilə birlikdə gümüş medal əldə edib.

1990 və 1991-ci illərdə sablya ilə fərdi yarışda qalibi olub.

1995-2011-ci illərdə sablya üzrə Azərbaycan, 2011-2014-cü illərdə isə sablya üzrə Honkonq millisinin baş məşqçisi olub.

2014-2017-ci illər aralığında ABŞ-nin Notr-Dam Universitetinin "Notre Dame Fighting Irish" idman klubunun kişilərdən və qadınlardan ibarət sablya üzrə qılıncoynatma komandalarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Şəxsi həyatı Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda bakalavr və magistr təhsili alıb.

Rus və Azərbaycan dillərində sərbəst, ingilis dilində isə yaxşı danışır.

İstinadlar

Xarici keçidlər Samir İbrahimovun fotosu

Kateqoriya:SSRİ qılıncoynadanları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları