Palantökən Xizək Mərkəzi () — Türkiyənin Ərzurum vilayətinin Palantökən ilçəsində yerləşən xizək mərkəzi. 2011-ci ildə "2011 Dünya Universitetləri Qış Oyunları" üçün inşa edilən xizək mərkəzi, Ərzurum şəhər mərkəzindən 7 km cənub-qərbdə, Palantökən dağının ətəyində yerləşir.

Xizək mərkəzinin əsas hissəsi 2200 metr, yuxarı hündürlüyü isə 3176 metrdir. Qondola liftinə əlavə olaraq, 460 hektarlıq xizək sahəsi boyunca fərqli meyilli 22 yamacın hamısına xidmət göstərən beş qaldırıcı lift də mövcuddur. Mərkəzdə xizək mövsümü adətən oktyabr ayının sonlarında başlayır və daha yüksək hündürlüklərdə may ayının ilk həftəsində başa çatır. "Əjdər" və "Qapıqaya" yolları ən uzun yollardır ki, slalom xizək və nəhəng slalom növləri üçün uyğundur. Yolların ümumi uzunluğu 28 km-dir, ən uzun yolun isə 12 km-lik və 1100 m-lik hündürlük fərqi vardır.

Palantökən Xizək Mərkəzinin yamaclarında hər biri saatda ümumi tutumu 8100 xizəkçi olan müxtəlif ölçülü səkkiz qaldırıcı lift və bir qondola lifti xidmət göstərir.

Xizək mərkəzindəki otellər, şəhərdəki yaşayış yerləri ilə yanaşı, burada qalmağı da təmin edir.

Yerli vaxtla saat 16:00 radələrində qaranlıq düşən də xizək sürməyin mümkün olması üçün yamaclar da işıqlandırılıb. İşıqlandırma prosesi 2017-ci ildə daha da sürətləndirilib.

2012-ci ilin dekabr ayında mərkəzin idarəçilik hüquqları Türkiyə Xizək Federasiyasından Ərzurum Gənclər Xidmətləri və İdman İdarəsinə verildi. 2011-ci il "2011 Dünya Universitetləri Qış Oyunları"ndan sonra xizək mərkəzi bir müddət fəaliyyətsiz qaldı. 2016-cı ilin sentyabr ayında xizək mərkəzinin idarəçiliyi Ərzurum Böyükşəhər Bələdiyyəsinə verildi. Ev sahibliyi etdiyi bəzi beynəlxalq turnirlər 2011 Dünya Universitetləri Qış Oyunları — 27 yanvar-6 fevral; snoubord və sərbəst xizək yarışları. 2017 Avropa Gənclər Olimpiya Qış Festivalı — 12-17 fevral; Dağ-xizək idmanı və snoubord. İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Ərzurum ili