Mehmed Avni Doğan (; ) — Türkiyə bürokratı və siyasətçisi.

Həyatı Mehmed Avni Doğan 1892-ci ildə Yozqatda anadan olmuşdur. O, Məclisi-Məbusanın III çağırış deputatı Xeyrulla Əfəndinin oğludur. Mülkiyyə Məktəbini bitirmişdir. Boğazlıyan və Konya Ereğlisi kaymakamlıqları vəzifələrində çalışmış, Sivas Divanı-Hərbi-Örfi Hərbi Katibliyində xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin II çağırış dövründə Bozok, III, IV və V çağırış dövrlərdə (1 oktyabr 1936-cı il tarixində Konya valisi təyin edilməsi səbəbilə istefa vermişdir) Yozqat, VI və VII çağırış dövrlərdə isə (2 avqust 1943-cü il tarixində istefa vermişdir) Çankırı millət vəkili olmuşdur. Bundan əlavə, II çağırış dövründə Diyarbəkir İstiqlal Məhkəməsinin üzvü kimi fəaliyyət göstərmişdir. Məhkəmə fəaliyyətinin ilkin mərhələsində əsasən İstanbulda yaşayan kürd elitasını, xüsusilə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin keçmiş üzvlərini hədəf almış və onların bir qismini ölüm cəzasına məhkum etmişdir. Cəmiyyətin keçmiş rəhbərləri Seyyid Əbdülqədir və onun oğlu Seyyid Mehmed, Fuad Berxo və jurnalist Hizanizadə Kamal Fövzi 27 may 1925-ci ildə Diyarbəkir Ulu məscidinin qarşısında edam edilmişdir. Məhkəmənin çıxardığı hökmlər qəti xarakter daşıyır və apellyasiya qaydasında şikayət edilə bilmirdi.

Doğan bundan başqa, Kastamonu, Samsun və Ankara valisi vəzifələrini icra etmişdir. O həmçinin, II və IV çağırış dövrlərində Divanı-Rəyasət İdarə məmuru, II, III və IV çağırış dövrlərdə isə Divanı-Rəyasət katibi olmuşdur.

Mehmed Avni Doğan TBMM-nin IX çağırış dövründə Yozqat, XI dövründə Ankara millət vəkili seçilmiş, 6 yanvar 1961-ci il – 15 oktyabr 1961-ci il tarixləri arasında Qurucu Məclisdə Ankara ili üzrə nümayəndə kimi təmsil olunmuşdur. XII (I) çağırış dövrùndə Kastamonu millət vəkili olmuş, eyni zamanda 26-cı Hökumətdə Dövlət naziri vəzifəsini icra etmişdir. Evli olmuş və üç övlad atası idi. O, "Yeşilçam" aktyoru Süha Doğanın atasıdır.

İstinadlar

Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM XI çağırış deputatları