Babı-ali, həmçinin Babıali, Bab-ı ali və ya Porta — tarixi diplomatiya və beynəlxalq münasibətlərdə Osmanlı imperiyasının hökumətinin qəbul olunmuş adı.

Tarixi Babı-ali İstanbulda yerləşirdi. Bu, sədrəzəmin həyətinə aparan qapıların adı ilə belə adlandırılmışdır. Bu həyət sultan sarayı olan Topqapı saray kompleksindən küçənin o biri tərəfində yerləşirdi.Православный палестинскій сборник Православное палестинское общество

Babı-ali Osmanlı məmurlarının dilində sultanın iqamətgahını, həmçinin Osmanlı hökumətinin yerləşdiyi məkanı və nəhayət, Osmanlı monarxiyasının özünü ifadə edirdi. Son mənada bu ad avropalılar tərəfindən də qəbul olunmuşdur.Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона

İstinadlar

Kateqoriya:Osmanlı imperiyasının höküməti Kateqoriya:Osmanlı imperiyasının dövlət təşkilatı Kateqoriya:Avropa tarixi Kateqoriya:Konstantinopol Kateqoriya:Hökumət