Cəzalandırıcı ədalət və ya retributivizm — cinayətin mahiyyətinə varmadan daha çox onun "cinayət" kimi mövcudluğuna fokuslanan və törədilmiş əmələ bərabər sanksiya (cəza) tətbiq edən bir yanaşma. Cinayət zamanı rasional davranan şəxsləri bu hərəkətlərdən çəkindirmək üçün həmin əməl nəticəsində ortaya çıxacaq "məsrəfin" ağırlaşdırılması, yəni şəxsin kifayət qədər sərt şəkildə cəzalandırılması zəruri hesab olunur. İntiqamdan fərqli olaraq, cəzalandırıcı ədalət şəxsi xarakter daşımır, təbii sərhədlərə malikdir və başqalarının əzabından zövq almağı hədəfləmir.

Cəzalandırıcı ədalət, cinayətkarın cinayət əməlindən çəkindirilməsi, sürgün olunması və reabilitasiya edilməsi kimi digər cəza yanaşmaları ilə ziddiyyət təşkil edir.

Məqsədlər

Cəzalandırıcı ədalətin bəzi məqsədləri bunlardır: İctimai rəyin vicdanını rahatlaşdırmaq – bu yolla insanların ədaləti müxtəlif qeyri-rəsmi və ya qeyri-qanuni vasitələrlə axtarmalarının qarşısını almaq hədəflənir. İctimai vicdanın təmin olunması ilə cəmiyyət daxilində vəhdət və həmrəyliyin möhkəmləndirilməsi.

Tənqidlər

Cəzanın pul cəriməsi formasında tətbiq edildiyi hallarda bu nəzəriyyə, cinayətkarın maliyyə vəziyyətinin nəzərə alınmasına imkan vermir və nəticədə kasıb bir şəxslə milyonçunun eyni məbləği ödəməyə məcbur edilməsi kimi problemlər yarana bilər.Martin, pp. 174–175. Belə bir pul cəriməsi, aşağı gəlirli cinayətkar üçün ciddi cəza xarakteri daşıdığı halda, milyonçu üçün əhəmiyyətsiz görünəcəkdir. Bir çox yurisdiksiyalarda cərimənin məbləği yalnız cinayətə deyil, eyni zamanda cinayətkarın gəlirinə, maaşına və ödəmə qabiliyyətinə əsaslanır; bu yanaşma Avropa İttifaqının cəza sistemində vurğulanan "cəzada bərabərlik" prinsipinə müvafiq olaraq tətbiq olunur.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Cəza Kateqoriya:Ədliyyə Kateqoriya:Hüquq nəzəriyyələri Kateqoriya:Penologiya Kateqoriya:İntiqam Kateqoriya:Hüquq tarixi