Əl-Vəsiyyə () — Əbu Hənifənin imanın əsasları haqqında qələmə aldığı risalə. Əsəri Əbu Hənifədən tələbəsi Əbu Yusif rəvayət etmişdir.
Əsər Əsərin tam adı "Vəsiyyətül-İmam Əbi Hənifə"dir. Əsərin rəvayət silsiləsi Hüseyn ibn Əli əs-Siğnaqi ilə başlayıb, Əbu Hənifə ilə bitir. Rəvayətin silsiləsi özündə on dört şəxsi ehtiva edir. Əsər on iki maddədən ibarətdir. Bu on iki maddədə Əbu Hənifə sünni etiqadını xülasə etmiş və öz tələbələrinə bu etiqadın əsaslarına sadiq qalmağı tövsiyə etmişdir.
Risalənin nüsxələri Ayasofiya, Qəsidəçizadə və Petrev paşa kitabxanalarında saxlanılır.
Əsər 1947-ci ildə Zahid Kövsəri tərəfindən təhqiq edilərək nəşr olunmuşdur (Qahirə). Əsərin bir təhqiqsiz nəşri 1936-cı ildə (Qahirə), ikinci təhqiqli nəşri isə 1983-cü ildə Əbdülfəttah əl-Hilv tərəfindən reallaşdırılmışdır.
Əsər 1981-ci ildə Mustafa Öz tərəfindən (ərəbcə mətnlə birlikdə) və 1983-cü ildə isə Yunus Vəhbi Yavuz tərəfindən türk dilində nəşr olunmuşdur.
Əsərə Hüseyn ər-Rumi, əl-Bəbərti və Abdullah əl-Xadimi tərəfindən şərhlər yazılmışdır. Bu şərhlər təhqiqatsız olaraq nəşr olunmuşdur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar