Rhopilema verrilli — Kökağızlılar dəstəsinə aid sifoidlər sinfinə daxil meduza növü. Ümumi məlumat Phyllorhiza punctata bəzən Avstraliya xallı meduzu, qəhvəyi meduz və ya ağ xallı meduza kimi də tanınır. Bu növ Qərbi Sakit okeanda, Avstraliyadan Yaponiyaya qədər yayılmışdır. Lakin digər yerlərdə də geniş şəkildə rast gəlinir. Əsasən zooplanktonla qidalanır. P. punctata ümumiyyətlə 50 santimetr qədər zəng diametrinə çata bilir, lakin 2007-ci il oktyabr ayında Şimali Karolinanın Sanset Çimərliyi sahilində 74 sm enində bir nümunə tapılmışdır ki, bu da bəlkə də indiyə qədər qeydə alınmış ən böyük ölçüdür.:en:Bishop Museum (2002). Phyllorhiza punctata. Hawaii Biological Survey, Bishop Museum. Retrieved 6 July 2015.
Bu növ isti sularda çoxalır. Onlar əsasən şorsulu canlısı olsalar da, aşağı duzluluq növ üçün mənfi təsir göstərə bilər. Aşağı duzluluq zamanı bu meduzalar zooxantellalarını itirirlər. Onların yayılma nümunələri yerli səviyyədə qeyri-bərabərdir. Onların zəhəri zəifdir və insanlar üçün təhlükəli hesab edilmir. Onların iynəsi zəifdir və ya demək olar ki, hiss edilmir, zəif turşu məhlulu ilə müalicə oluna bilər.
Onların zəhəri ovlarını öldürmək üçün kifayət qədər güclü deyil, buna görə də onlar filtrator qidalanma ilə məşğul olurlar. Onların əsas qida mənbəyi zooplanktonlardır. Adətən böyük qruplarla hərəkət edirlər, bu da onların ərazidəki bütün zooplanktonları yeməsinə səbəb olur. Bu, onların keçdiyi yerli ekosistem üçün mənfi təsir yaradır. Onlar bütün zooplanktonları yediyindən, planktonla qidalanan digər növlər üçün qida çatışmazlığı yaranır. Onların təbii yayılma arealı Avstraliyanın Kairns, Kvinslend və Tailand ətrafındadır. Onların təbii yaşayış mühiti şərqi Avstraliyadan şimala, Cənub-Şərqi Asiyaya qədər uzanır. P. punctata isti mülayim dənizləri üstün tutur və sahilə yaxın sularda toplanır.
Qidalanma prosesi filtrasiya yolu ilə baş verir. Maye silindrin mərkəzindəki ağız diskinin yaxınlığında yerləşən ağızçıqların üzərindən axır. Qidalanma prosesi davamlıdır, çünki meduzanın ovunu müxtəlif ağızçıqlara apararaq həzm etmək üçün üzməsi lazımdır.
İstinadlar
Xarici keçidlər
Species Profile - White Spotted Jellyfish (Phyllorhiza punctata), National Invasive Species Information Center, :en:United States National Agricultural Library. Lists general information and resources for White Spotted Jellyfish. A Survey of the Relationship of the Australian Spotted Jellyfish, Phyllorhiza punctata, and OCS Platforms White-Spotted Jellyfish, California Academy of Sciences
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Sifoidlər