Valentin Ferdinandoviç Asmus (; ) — rus və sovet filosofu. O, erkən sovet dövrlərində klassik Avropa fəlsəfi ənənəsini davam etdirən kiçik qruplardan biri idi. O, müstəqil mütəfəkkir və qeyri-ənənəvi marksist idi, fəlsəfə və estetika tarixi ilə maraqlanırdı.

O, 1919-cu ildə Müqəddəs Vladimir Universitetini bitirmiş, sonra 1927-ci ildə Moskvaya köçmüşdür. Bu dövrdə o, Vilyam Ceymsin baxışlarına hücum etmişdir. 1920-ci illərin ortalarında o, ədəbi konstruktivizm nəzəriyyəçisi idi.

Həyat yoldaşı İrina vasitəsilə təxminən 1931-ci ildən Boris Pasternakın dostu olmuşdur. Onun əsas əsəri olan "Marks və Burjua tarixçiliyi" (1933) Georq Lukaçdan təsirlənmişdir. Bu zaman formal məntiqin əleyhdarı olaraq, o, mövqeyini dəyişmiş və bu barədə dərslik yazmışdır. Onun İosif Stalinin yanına çağırılması və Qızıl Ordu generallarına məntiq mühazirələri oxuması tələb olunması ilə bağlı bir hekayə var.Bazhanov, Logic and Ideologized Science Phenomenon (Case of the URSS), in

O, 1942-ci ildən 1972-ci ilə qədər Moskva Dövlət Universitetində professor olub. 1960-cı illərdə Aleksey Losyevlə birlikdə Platonu redaktə edib. Sovet İttifaqından kənarda Asmus əsasən İmmanuel Kantın öyrənilməsinə verdiyi töhfələrlə tanınırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:30 dekabrda doğulanlar Kateqoriya:1894-cü ildə doğulanlar Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:4 iyunda vəfat edənlər Kateqoriya:1975-ci ildə vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:Rusiya filosofları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar elm xadimləri Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Peredelkino qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri