Con Henri Şvarts (; ) — Amerikalı nəzəri fizik. O, Yoitiro Nambu, Holqer Beç Nielsen, Joel Şerk, Qabriel Venesiano, Maykl Qrin, Edvard Vitten və Leonard Susskind ilə birlikdə Sim nəzəriyyəsinin banilərindən biri hesab olunur. Həyatı Con Şvarts 1941-ci ildə Massaçusets ştatının Şimali Adams şəhərində anadan olub. O, Harvard Universitetində riyaziyyat (1962-ci ildə bakalavr dərəcəsi ilə məzun olub) və Kaliforniya Universitetində nəzəri fizika (1966-cı ildə doktorluq dərəcəsi ilə məzun olub) üzrə təhsil alıb. Onun elmi rəhbəri Ceffri Qiu olub. 1966-cı ildən 1972-ci ilə qədər Şvarts Prinston Universitetində baş müəllim işləyib. Daha sonra Kaliforniya Texnologiya İnstitutuna (Kaltex) köçüb və hazırda Harold Braun adına Nəzəri Fizika Professorluğuna malikdir.
Uzun illər Con Şvarts sim nəzəriyyəsini kvant cazibəsi nəzəriyyəsi üçün uyğun namizəd etməyə çalışan çox azsaylı fiziklərdən biri olub. Maykl Qrinlə birlikdə I Tip sim nəzəriyyəsində anomaliya ləğv mexanizmi üzərində apardığı iş, sonradan Qrin-Şvarts mexanizmi adlandırılan, 1984-cü ildə sözdə ilk sim inqilabına səbəb olub və bu da sim nəzəriyyəsinin nəzəri fizikanın əsas axınının bir hissəsinə çevrilməsinə əhəmiyyətli dərəcədə töhfə verib.
Şvarts ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1997). O, 1987-ci ildə MakArtur təqaüdçüsü olmuş, 1989-cu ildə Beynəlxalq Nəzəri Fizika Mərkəzindən Dirak medalı ilə təltif olunmuş və 2002-ci ildə Amerika Fizika Cəmiyyətindən Riyazi Fizika sahəsindəki nailiyyətlərinə görə Danni Heineman mükafatı almışdır. Əsərləri Green, M., John H. Schwarz, and :en:E. Witten. Superstring Theory. Vol. 1, Introduction. Cambridge Monographs on Mathematical Physics. Cambridge, UK: Cambridge University Press, 1988. . Superstring Theory. Vol. 2, Loop Amplitutes, Anomalies and Phenomenology. Cambridge, UK: Cambridge University Press, 1988. . Becker, Katrin, :en:Melanie Becker, and John H. Schwarz. String theory and M-theory: A modern introduction. Cambridge University Press, 2006. .
İstinadlar
Xarici keçidlər
Oral history interview transcript with John Schwarz on 7 July 2020, American Institute of Physics, Niels Bohr Library & Archives (July 14. 2008 lecture) (July 15, 2008 lecture)
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Prinston Universitetinin müəllimləri