Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novoivanovka kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Novoivanovka (oyk.). Dağətəyi ərazidədir.
Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada yurd salmış Q.F.İvanovun adını daşıyır. Onun başdaşında kəndi 1852-ci ildə həmin İvanovun salması barədə yazı var. Oykonim “İvanovun yeni kəndi” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Tarixi Kənd əvvəllər Qarapapaq, Seyid dərəsi, Qərib Seyid adlarını daşımışdır. Kənddə 4-cü əsrdə tikilmiş 1600-il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur.
Novoivanovka Gədəbəydə sonucu sərhəd kəndidir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. 80-ci illərin sonlarında başlanan müharibə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk etmişdir. Hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Əhalinin əksəriyyətini Ermənistandan bura köçmüş Azərbaycan türkləri təşkil edir.
Haqqında Novoivanovka kəndi Gədəbəy rayonunda əsasən molokanların məskunlaşdığı 3 kənddən (Slavyanka , Novosaratovka və Novoivanovka) biridir. Paytaxt Bakıdan 400 kilometr qərbdə, dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. Kənddə 1 kvadrat kilometrə 70 nəfər düşür.
İqlimi kontinentaldır. Orta illik temperatur 7 °C-dir. Ən isti ayı avqust ayıdır, hansı ki, bu ayda orta aylıq temperatur 18 °C olur. Ən soyuq ayı isə yanvar ayıdır, ki bu aydı temperatur -6 °C olur. Orta illik yağıntı 736 millimetr təşkil edir. Ən çox yağıntı may ayında 104 mm, ən az yağıntı isə avqust ayında 23 mm düşür. thumb|Novoivanovkanın yerli insanları
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Görüntülər
Həmçinin bax Novosaratovka
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri Kateqoriya:Novoivanovka