Kitabüt-Təbəqatil-kəbir () və ya ət-Təbəqatül-kəbir () — İbn Sədin siyər-məğazi və təbəqat sahəsinə aid əsəri. Əsər İslam və ərəb dünyasında "ət-Təbəqatül-kübrə" () adı ilə tanınır.

Əsər Bu əsər İbn Sədin təbəqat kitablarının ilki və dövrümüzə qədər gəlib çatmış ən qədimidir.

Əsərdə Məhəmməd peyğəmbər, səhabələr, tabiinlər, təbəut-tabiinlər və digər şəxs haqqında təbəqə şəklində məlumatlar vardır. Əsərdə Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn və Ömər ibn Əbdüləziz kimi bəzi şəxslərə daha geniş yer verilmişdir.

Həmçinin əsərdə ictimai-siyasi hadisələrin və dövlət qurumlarının fəaliyyətləri haqqında da geniş məlumatlar vardır.

Əsər alman, fars, ingilis və türk dillərinə tərcümə edilmişdir. Əsər müxtəlif tarixlərdə (1904, 1986, 1989, 1995 və s.) və yerlərdə (Leyden, Beyrut, Qahirə, Yeni Dehli və s.) dəfələrlə nəşr edilmişdir.

Əsərə doktorluq dissertasiyası yazılmışdır.

Həmçinin bax

Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:İslam tarixi Kateqoriya:Səhabələr