Bhimbetka qaya sığınacaqları — Hindistanın Madhya-Pradeş əyalətinin Raysen rayonundakı Vindhya dağlarının ətəyində yerləşən tarixdən əvvəlki qayaüstü rəsmlərin abidəsidir. Hindistanda kəşf edilmiş ilk belə abidədir (1957-ci ildən bəri tədqiq olunur, yalnız 1970-ci illərdən başlayaraq geniş tanınmağa başlayıb). Ən qədim təsvirlər Mezolit dövrünə (təxminən 12.000 il əvvəl), ən yeni təsvir isə Orta əsrlərə aiddir.

2003-cü ildə UNESCO bu abidəni Ümumdünya irsi kimi tanıyıb.

Yeddi təbii qaya sığınacağı qrupu (cəmi 750-dən çox) sıx meşənin üzərində ucalan nəhəng əhəngdaşı qayalıqlarının içərisində 10 kilometr məsafədə səpələnmişdir. Sığınacaqların bəzilərində 100.000 ildən əvəl məskunlaşdırılıb. Təsvirlər sığınacaqların divarlarına çəkilib.

Miqyas baxımından bu, dünyanın ən böyük tarixdən əvvəlki incəsənət ansambllarından biridir. Qayaüstü rəsmlər vasitəsilə insan mədəniyyətinin ovçu-yığıcılardan əkinçiliyə qədər təkamülünü izləmək olar.

Daş dövrü təsvirlərinə ov və rəqs səhnələri, eləcə də ayrı-ayrı heyvanların rəsmləri daxildir. Tunc dövrünə daha mürəkkəb kompozisiyalar (məsələn, atlı döyüşçülərin fiqurları) aid edilir.

2007-ci ildə həmin ştatda tipoloji baxımdan oxşar olan, hazırda Ambadevi qaya sığınacaqlarıInternet Archive: Scheduled Maintenance kimi tanınan və ehtimal ki, xeyli daha əvvəl — paleolit dövründə yaradılmış bir abidənin aşkar edildiyi elan edilmişdir.

İstinadlar

Kateqoriya:Hindistandakı ümumdünya irsi Kateqoriya:İbtidai incəsənət Kateqoriya:Hindistanda turizm Kateqoriya:Asiya petroqlifləri