Columbina buckleyi (Ekvador torpaq göyərçini) — Göyərçinlər "Columbidae" fəsiləsinə aid olan bir quş növü. Ekvador və Peruda rast gəlinir.

Taksonomiya və sistematika

"Columbina buckleyi" və digər üç növ bir müddət "Columbigallina" cinsinə aid edilmişdir, lakin sonradan bu cins "Columbina" cinsi ilə birləşdirilmişdir. Əvvəllər qırmızı torpaq göyərçininin (C. talpacoti) yarımnövü kimi qəbul edilirdi və indi onunla supernöv təşkil edir.Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 24 August 2021. A classification of the bird species of South America. American Ornithological Society. https://www.museum.lsu.edu/~Remsen/SACCBaseline.htm retrieved August 24, 2021

Ekvador torpaq göyərçininin iki yarımnövü var: əsas yarımnöv "C. b. buckleyi" və "C. b. dorsti".

Təsvir

"Columbina buckleyi" göyərçini 18 sm (7.1 düym) uzunluğunda və təxminən 57 qram (2.0 uns) çəkiyə malikdir. Erkəyin alnı və üzü boz-pembe rəngdədir, sinə və alt hissələrdə tünd bənövşəyi-pembə rəng alır. Başının təpəsi və ensəsi mavi-boz, üst hissələri isə qəhvəyi-boz rəngdədir. Qapalı qanadlarında qara ləkələrlə örtülü xətlər var. Mərkəzi quyruq lələkləri boz, qalanları isə qara rəngdədir; ən kənardakı lələklərin ucları ağdır. Dişi fərdlər erkəklərdən daha çox qəhvəyi rəngdədir və daha az pembe çalarlara malikdir.Baptista, L. F., P. W. Trail, H. M. Horblit, P. F. D. Boesman, E. de Juana, and E. F. J. Garcia (2020). Ecuadorian Ground Dove (Columbina buckleyi), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.ecgdov1.01 retrieved September 15, 2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Göyərçinlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1877-ci ildə təsvir edilən quşlar Kateqoriya:1877-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar