Pyer-Filip Pol Potye (; ) — Belçikalı Yezuitlər ordeni keşişi, Yeni Fransada Huronlar arasında missioner və lüğətçi. Həyatı Pyer-Filip Potye 1721-1727-ci illər arasında Turne kollecində, sonra isə 1727-1729-cu illər arasında Douay kollecində təhsil almışdır. Lill şəhərində bir il ədəbiyyat öyrəndikdən sonra, 1732-1738-ci illərdə Bethun kollecində altı il dərs demişdir. Sonra 1741-ci ildə Douayda təhsilə davam etmiş və keşişlik hazırlığına başlamışdır. 2 fevral 1743-cü ildə Turneda təntənəli şəkildə keşiş olmuşdur. Qısa müddət sonra, Pyer-Filip Potye 18 iyun 1743-cü ildə La Roşeldən Yeni Fransaya üzmüş və 1 oktyabrda Kvebekə çatmışdır. Lorettedə səkkiz ay Huron dilini öyrəndikdən sonra 26 iyun 1744-cü ildə Kvebekdən yola çıxmışdır.
25 sentyabr 1744-cü ildə Pyer-Filip Potye Detroyt çayı üzərindəki Bois Blank adasında yerləşən Huronlar üçün İsa missiyasına gəlmişdir. Burada missiyanın rəhbəri Armand de La Rişardiye ilə birlikdə xidmət etmişdir. La Rişardiye xəstəlik səbəbindən burdan ayrıldıqdan sonra Potye missiyanın rəhbərliyini ələ almışdır. 1747-ci ildə missiya, Orontoni başçılığındakı Huron qrupu tərəfindən məhv edilmişdir. Pyer-Filip Potye Monrealda misiyanı yenidən qurmuşdur.
Yeni Fransa 1763-cü ildə Britaniya hakimiyyətinə keçdikdən sonra, Pyer-Filip Potyenin xidmət sahəsi, Detroyt çayının sol sahilindəki (indiki Kanada tərəfi) Kanadalılarla yanaşı, Huronlara da xidmət etməyə genişləndirilmişdir. Lüğətçi Pyer-Filip Potye Huron dili, qrammatika, dil kökləri siyahısı, Huron missiyasının ev təsərrüfatlarının siyahısı, hesab cədvəlləri və s. barədə bir çox qiymətli əlyazmalar buraxmışdır. O, həmçinin Huron-Fransız sözlük siyahısı tərtib etmişdir. Potye Fransız dilinə də maraq göstərmiş və şagirdləri üçün fəlsəfə, teologiya, tarix, coğrafiya barədə çoxlu qeydlər buraxmışdır. O, "Façons de parler proverbiales, triviales, figurées, etc. des Canadiens au XVIIIe siècle" adlı əsərində Yeni Fransada danışılan fransız dilinin tək məlum lüğətini yazmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransız yazıçılar