Lola Liyvat (; ) — estoniyalı rəssam. Həyatı 17 avqust 1928-ci ildə Tallində anadan olub, dörd il sonra ailə Rakvereyə köçüb.
1948–1954-cü illərdə Estoniya SSR-in Tartu Dövlət İncəsənət İnstitutunda (1951-ci ildən Estoniya SSR Dövlət İncəsənət İnstitutunun Tartu filialı) təhsil almış, sonralar isə rəssamlıq məktəbində dərs demişdir.
2025-ci il mayın 6-da, 96 yaşında vəfat etmişdir.
Yaradıcılığı Estoniyanın ən görkəmli abstraksionist rəssamlarından biri kimi tanınır. 1957-ci ildə Moskvada gənclər və tələbələrin festivalında amerikalı rəssamlar Ketrin və Harri Kolmanlarla tanışlıqdan sonra abstrakt əsərlər çəkməyə başlamışdır.
Yüzdən artıq sərgidə iştirak etmişdir. Onun yaradıcılıq yolu sovet dövründə əsərlərini nümayiş etdirməyə qoyulan 15 illik qadağanı da əhatə edir.
2018-ci ilin avqustunda Tartu İncəsənət Muzeyində rəssamın abstrakt əsərlərinə həsr olunmuş ən böyük retrospektiv sərgi açılmışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Qadın rəssamlar Kateqoriya:SSRİ rəssamları