Əsməranın Böyük sinaqoqu (; ; ) — Eritreyanın paytaxtı Əsməra şəhərində yerləşən sinaqoq.

Tarixi İlk yəhudilər Eritreyaya XIX əsrin sonlarında gəlmişdir. Onların əksəriyyəti Aden yəhudi icmasının nümayəndələri idi. 1 yanvar 1905-ci il tarixində Eritreyada keçirilmiş siyahıyaalmaya görə ölkədə 120 yəhudi yaşayırdı, onlardan 83 nəfəri Asməra şəhərində məskunlaşmışdı. Böyük sinaqoq 1906-cı ildə Asməra yəhudi icması tərəfindən inşa edilmişdir. O, şəhərin mərkəzində, Harnet avenyusunda yerləşir və yəhudi icmasının toplaşdığı əsas məkan olmuşdur.

1948-ci ildə İsrail dövləti yaradıldıqdan sonra Eritreyadan yəhudi əhalinin mərhələli şəkildə köçü başlamışdır. Bununla belə, 1950-ci illərdə Eritreyada hələ də təxminən 500 yəhudi yaşayırdı. Sinaqoq həmçinin Afrikanın müxtəlif bölgələrindən gələn yəhudilərə də xidmət edirdi; onlar burada “dəhşətli günlər” adlanan dövrü — Roş ha-Şana ilə Yom-Kippur arasındakı 10 günü qeyd edirdilər. Bu dövrdə sinaqoqun nəzdində müəllim hazırlayan seminariya da yaradılmışdı.

1961-ci ildə Efiopiyaya qarşı Eritreyanın müstəqillik müharibəsi başlandı və məhz həmin dövrdə yəhudilərin kütləvi şəkildə ölkəni tərk etməsi prosesi sürətləndi. 1970-ci illərin əvvəlində yəhudi mühacirəti daha da artdı. 1975-ci ildə baş ravvin və icmanın böyük hissəsi təxliyə edildi. Həmin vaxta qədər ölkədə cəmi 150 yəhudi qalmışdı. Eritreya 1993-cü ildə rəsmi olaraq müstəqillik əldə etdikdə yerli yəhudilərin demək olar ki, hamısı ya vəfat etmiş, ya da ölkəni tərk etmişdi. 2006-cı ilədək Asməra əsilli iş adamı Samuel Koen sinaqoq binasına nəzarət edirdi. Yerli olmayan bir neçə yəhudi də sinaqoqa gəlməkdə davam edir.

Yəhudilik Eritreya hökuməti tərəfindən tanınan dörd rəsmi din sırasına daxil olmasa da, hökumət yəhudilərin dini etiqad azadlığını heç vaxt məhdudlaşdırmamışdır.

Təsviri Əsas ibadət zalı 200 nəfərə qədər insanı qəbul edə bilir. Bundan əlavə, seminariyanın tədris otaqları və kiçik yəhudi qəbiristanlığı da mövcuddur.

İstinadlar

Xarici keçidlər The Shengold Jewish Encyclopedia The Shengold Jewish Encyclopedia Mordecai Schreiber — 2011

Kateqoriya:Eritreya qaralamaları